4. Sicilləmələr
4.1. Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman
içində, dəvə dəlləklik edər köhnə hamam içində. Qarışqa şıllaq
atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçmın baltası.
Orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şilaşı
yemişəm, heç belə yalan deməmişəm (33, 163).
4.2. Həkatı-hükatı. İldə verər yeddi tavar zəkatı. Boyaqçı
küpün açdı, boyadı məmləkəti. Milçək mənzilli Kür keçdim. Ya
ba ilə dovğa içdim. Bu boyda yalan görməmişdim... Belə rəva
yət edirlər ki, müsəlman ölkəsində çox varlı bir sövdəgər v ar idi
(15, 141).
4.3. Sizə kimdən deyim, kimdən danışım, dır-dır arvadlar
dan, ilan vuran, iman qıran, saman altdan su yeridən, yabaynan
doğa içənlərdən, qarışqa minib çaydan keçənlərdən-paxıl
bacılardan (17, 274).
4.4. Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında
qulnan qaravaş. Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir
kasa bozbaş” (32, 311); “Həkan-həkan içində, qoz girdəkan
içində, xəlbir saman içində. Dəvə dəlləklik edər köhnə h am an
içində, Qarışqa şıllaq atdı, dəvənin böyrü batdı. Biri var idi, biri
yox idi, Allahdan başqa heç kim yox idi, Sizə haradan xəbər
verim Misir şəhərindən (33, 5).
4.5. Sizə haradan xəbər verim, az danışanlardan, qaradin-
məzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan
çaqqallardan, çoxdanışanlardan, dilli arvadlardan, küsəyənlər
dən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasız
lardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlər
dən, xoruz belində bostan əkənlərdən, kosasaqqallardan, göy-
gözlərdən, nə bilim nədən, nə bilim nədən... Lənət quyruqlu
yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə,
rəhmət yazana lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq
qalsın, pislik getsin, dost var olsun, düşmən puç olsun, ağıllı
yesin, ağılsız hesablasın. İndi gələk mətləbə (4, 220).
152
4.6. Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəl
ləklik edər qoz girdəkan içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı
batdı, milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah
Abbas cənnət-məkan, tərəziyə vurdu təkan. İki qoz bir girdəkan.
Günlərin bir günündə Sizə kimdən xəbər verim, Şah oğlu Şah
Abbasdan (34, 172).
4.7. Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş giriftar,
Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz bir girdə
kan. Biri vanymış, biri yoxuymuş, bir padşah vanymış (34,163).
4.8. Nağıl-nuğul bilmirəm, bilsəm də söyləmirəm, şahdan
gəlmiş nökərəm, dinmə qabırğaların sökərəm. Sizə haradan da
nışım, kimdən danışım, keçmişlərdə bir kişi var imiş (34, 276).
4.9. Raviyani-əxbar, nağılani-əsar və tutiyani-şəkər, şəkəri-
şirini-köftar, böylə rəvayət edir. Sür-süpür gəl, pibkər, gəl sənə
kimdən xəbər verim, Şah oğlu Şah İsmayıl, mənzili məkan, iki
qoz bir girdəkan tərəziyə vurdu təkan, Kürü o taya keçdik, yab
ilə doğa içdik! Atovun goru dağılsın yalan yiyəsi, bir belə də
yalan görməmişdik. Hindalan-hündalan Kür qırağı köndələn,
kəklik otu bəndalan. Xan sənsən, mən mənəm qorxma sənə dəy
mərəm. Hekayəti-məkati, ildə verər əlli batman zəkatı, boyaqçı
küpü açdı boyadı məmləkəti, hamamçının tası yox, heç faydası
yox. Qarışqa şıllaq atdı, dəvənin gözü çıxdı. Ay ağalar, ay qar
daşlar, bir milçək ovladıq. Acıqlandı qalxdı havaya, onun yağın
tutduq saldıq tavaya. Onun sümüyündən bir dəryaya körpü düş
dü. Yüklü-yüklü, cüklüc-cüklü sərçələr keçdi. Eniş gəldi, qəniş
gəldi görək yazıq Məlik Məmmədin başma nə gəldi. Ətçidə yox,
mətçi də Koroğlu közətçidə yox, İbrahim xan nayçıda yox, Bay
ram xan zurnaçıda yox, mənə tapılmaz çaxmağı yox tüfəng.
Çaxmağı yox tüfəngi götürüb çıxdım ova. Eylə vurdum dovşanı
iki qabırğaları sındı, özünün xəbəri yox. Yapışdım bir əlindən,
bir ayağından. Ay qarınənə, bizə bir qazança ver aş eyləyək. De
di: “Ay qadan alım, bu evdən o evə gedərsən üç qazança var,
ikisi sınıq, birinin dibi yox”. Bu dibi yox qazançada dovşanı elə
bişirdik sümkləri həlli-məhəl oldu, ətinin xəbəri yox. O qədər
153
yedik bindan dodaqlarımız çatladı, qarnımızın xəbəri yox. A y
qarı nənə, yandıq susunnan! Dedi: “Ay qadan alım, bu evdən o
evə keçərsən üç hovuz var, ikisi qurudu, birinin suyu yox.” H o
vuza qublanıban o qədər içdik ki, dodaqlarımız köpdü, qarn ım ı
zın xəbəri yox. Dedik: “Ay qan nənə, amandı, götür bizim ç a
rıqlarımızı” Dedi: “Ay qadan alım, bu evdən o evə gedərsən, ç a -
nqlanm z ordadı” Bəli, Abı yoldaş dedi, obu yodaş dedi: “M ə n
yoldaşın çarığının tayı yox” Bəli, səs saldıq, soraqçı saldıq rə v a n
olduq Küdrü san. Belə deyirlər ki, az getdik, uz getdik, a c ı
yovşanlıq, şirin biyanlıq, mənzil kəsdik yol getdik, dərələrdən
yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi açıldıq q əlb lər
kimi,, yığıldıq kəmənd kimi, gündə bir iynə boyu yol getdik,
getdik çıxdıq Küdrünün belinə. Hayiqət gördük ki, çarıq bir zən i
əkib ki, iki göz gərək tamaşaya. Bəli! Çini soluyub düşdük b u
taxılı yaxşı-yaxşı biçməyə. Çin biçirdi, biz də dərz bağlayırdıq.
Bira də gördük həmin dovşanın bir qaçır. Çini silkələdik, çin in
dəstəsi şup, eləyib girdi dovşanın qamma, dovşan biçdi, biz d ərz
bağladıq, vurduq tavaya. Yoldaşın biri istədi papurus çəksin.
Paprosu yandırcaq tayamızı od tutdu. Tayanın içindən bir palan
çıxdı, palam yardıq, hamısı yalan çıxdı! Biri varmış, biri y o x
muş, Allahdan başqa heç kim yox imiş (62, 7-8).
4.10. Matal, matal, mat atar, bir kişi xurma satar, Arvad d e
yər, gətir mən yeem, baxağ kim borca batar (46,149).
4.11. Hamam hamam içində, xəlbir saman içində. Dəvə d əl
ləklik elər, kühne hamam içində. Qarışqa şıllaq atdı, dəvənin bu
du batdı. Hamamçının tası yux, dəlləyin güzgüsü yux (18, 308).
4.12. Sizə kimdən deyim, kimdən danışım, dır-dır arvadlar
dan, ilan vuran, iman qıran, saman altdan su yeridən, yabaynan
doğa içənlərdən, qarışqa minib çaydan keçənlərdən-paxıl bacı
lardan (17, 274).
4.13. Əriştə aşı, kələm turşusu, isti-isti içər, yandırar ağzın
kasıbın, bazara gedər, alverin bilməz, aldadarlar kasıbı (1,206)
154
Dostları ilə paylaş: |