İstifadə olunmuş ədəbiyyat.............................................139
Ə la v ə ................................................................................... 149
3
ÖN SÖZ
Məlum olduğu kimi, qohum xalqların bütün mədəni dəyər
ləri vahid mənbədən haçalanır. Bu baxımdan şifahi bədii yara
dıcılıq ənənəsi də istisna təşkil etmir. Bu günə qədər qohum türk
xalqlarının folkloruna aid çoxlu materiallar toplanmış və onlar
haqqında maraqlı araşdırmalar aparılmışdır. Qeyd edək ki, folk
lorun ən kütləvi janrlarından biri olan nağıllar da araşdırıcıların
diqqətindən kənarda qalmamışdır. Bu tədqiqatlarda konkret bir
xalqın nağıl yaradıcılığına daha çox diqqət ayrılır, yaxın xalqla
rın nağıllarının tipoloji müqayisələri isə bir çox hallarda kölgədə
qalır. Bu üzdən qohum xalqların folkloru, o cümlədən nağılları
arasında olan tipoloji cəhətləri ortaya çıxartmaq bütün aktuallığı
ilə qarşıda dayanır.
Bu araşdırma nağılların ifası zamanı söyləyicilərin istifadə
etdiyi ənənəvi formullara həsr olunmuşdur. Ənənəvi formul de
yərkən, epik təhkiyədə istifadə olunan qəliblənmiş söz, ifadə və
ya sözlər qrupu nəzərdə tutulur. Bir çox mənbələrdə fərqli şəkil
də izah olunan “ənənəvi formul” m üxtəlif terminlərlə ifadə olu
nur. Dilçilik lüğətində “formul” termini “frazeologizm”, “klişe”,
“ştamp”, “stereotip” terminləri ilə sinonim kimi verilir. Mövcud
məsələ ilə bağlı araşdırdığımız mənbələrdə aşağıdakı terminlərə
rast gəlinir: dayanıqlı yerlər, tipik yerlər, ənənəvi formullar, epik
formullar, tipik ifadələr, qəlib ifadələr, stereotiplər, ənənəvi yer
lər, klişelər, təkrarlamalar, daimi epitetlər, metrik söz qrupları,
şablonlar, tematik standartlar, dayanıqlı müqayisələr və məcaz
lar, hərəkətli hissələr, obrazlı stereotiplər, stilistik klişelər, da
yanıqlı söz kompleksləri, frazeologizmlər, kümə sözlər və s.
Məzmunca, əhatəlilik baxımından daha uğurlu, çox rast gəlinən
və kifayət qədər həcmli ifadə “ənənəvi formul” terminidir.
Ənənəvi formullar nağıl təhkiyəsinin tərkib hissəsidir və
üslubi xarakter daşıyır. Bununla yanaşı, onlar nağıl təhkiyəsinin
ən qədim ünsürləri sayılır. Bu isə onların qədim folklor ənənə
sindən süzülüb gəldiyini göstərir. Ona görə də nağıl ifaçılığı za
4
manı istifadə olunan ənənəvi epik formulların öyrənilməsi nağıl
ların poetik xüsusiyyətlərini üzə çıxarmaqla yanaşı, onların qə
dimliyini də ortaya qoymuş olur. Monoqrafiyada genetik baxım
dan qohum olan iki xalqın - Azərbaycan və Türkiyə xalqlarının
nağıllarında müşahidə olunan ənənəvi formulların tipoloji xüsu
siyyətləri öyrənilir. Bu xalqların nağıllarında müşahidə olunan
tipoloji cəhətlər dolayısı ilə onların vahid epik ənənə əsasında
yarandığını göstərir. Azərbaycan folklorşünaslığında bu istiqa
mətdə aparılan araşdırmalara böyük ehtiyac olduğunu nəzərə al
saq, mövzunun necə aktual olduğunu təsəvvür etmək çətinlik tö
rətməz.
Folklorda ənənəvi üslub məsələsinə ilk dəfə poetik dilin elə
formuldan ibarət olduğunu söyləyən A.N.Veselovski toxunmuş
dur. Onunla yanaşı, m üxtəlif dövrlərdə L.Uland, Y.Qrişmanın,
A.N.Afanasyev, F.İ.Buslayev kimi rus alimləri də folklorda for
mul məsələsini araşdırıblar.
A.N.Veselovski və V.Y.Propp “ümumi yerlər” adlandırdıq
ları formulları xalq yaradıcılığı və tətbiqi incəsənətdə öyrənil
məsi məsələsini qoymuşlar. Nağılı məhz ənənələr, miflər, ilkin
təsəvvür formalarının və bir sıra sosial institutların vasitəsilə
izahının mümkünlüyünü sübut edən V.Propp ənənəvi formul
lardan söz açılanda, onları arxaik mədəniyyət kontekstində an
lamaq lazım olduğunu bildirmişdir (133). Amerikan mədəniy-
yətşünası Con Kaveltinin artıq klassikaya çevrilmiş “Formul
nəqli incəsənət və populyar mədəniyyət kimi” əsəri də məhz
bunu isbat etmək üçün meydana çıxıb. M üəllif ədəbi formulu
çoxlu sayda əsərlərdə istifadə olunan təhkiyə və drammaturji
konvensiyaların strukturu kimi müəyyən etmişdir (134).
“Kitab eposunun abidələri” toplusunda üslub və tipoloji
xüsusiyyətlər, rituallar, formullar barədə araşdırmalar daha geniş
surətdə özünə yer tapıb. Belə ki, A.N. Veselovski, V.M.Jirmun-
ski, İ.İ.Tolstoy və başqaları məhz orta əsrlər kitab lirikasında
antikliyin və folklor ənənəsinin əksini görüblər. Lirikanın for
mulları haqqında araşdırmalar aparan “alman məktəbi”nin mü-
5
təxəssısləri A.Daura, O.Holtsapfel, Q.Poykert, P.Mayer, S.Bou-
ra, P.Kelli, S.Vanqa və D.Buxane isə formulluğu dünya xalq li
rikasının yaradıcı sisteminin qanunauyğunluğu kimi tədqiq et
mişlər (117, 54).
XIX əsrdə isə epik üslubun formulluq məsələsinə m üxtəlif
epik abidələrin toplayıcılan və araşdırıcıları münasibət bildir
mişlər. Parri-Lord nəzəriyyəsinə görə, formullar üslubu şifahi
improvizasiya şəraiti ilə izah olunur. Onlar ani bir fikri ifadə
etmək üçün müntəzəm işlənən söz qrupunu göz önünə gətirmiş
lər. Məhz bu alimlərin yaratdıqları məktəblərdə formul nəzəriy
yəsi haqqında çoxsaylı işlər görülmüşdür. Bunlar Qərbdə fəaliy
yətə başlayan Menendes Pidal və Milmann Parrinin məktəbləri
dir. Albert Lord və E.Hayts sonuncu məktəbin nümayəndələri
dir. Birinci məktəbin nümayəndələri ənənəviliyi, ikinci məktə
bin nümayəndələri isə şifahi təhkiyəni əsas götürürlər. Onlar cə
nubi slavyanların Yunats və Hayduts eposunun müasir söyləyi-
cilərini müşahidə edərək xalq ifaçı və söyləyicilərinin bədahətən
söyləmə mexanizmlərini, Homer eposlarının üslubi keyfiyyət
lərini, xüsusilə onun stereotiplərini araşdırıblar (117, 58).
Sözügedən məsələ haqqında E.M.Meletinski və P.A.Qrint-
ser Parri və Lordun təklif etdiyi metodikadan bəhrələnərək prin
sipial dəqiqləşdirmələr etmişlər. P.A. Qrintser “Sanskrit epo
sunda üslubi mövzu açıqlamaları” əsərində “Maxabxarata” və
“Ramayana”da formul
ifadəsinin
yollarım
araşdırmışdır.
C.Y.Neklyudov isə üslub təkrarlamaları və leytmotivlərin qədim
semantika ilə uyğunluğuna diqqət yetirmişdir. Formul anlamına
geniş mənada münasibət A.Virtin araşdırmaları üçün də səciy
yəvidir. V.Ferin formula həsr olunmuş əsərində də oxşar mənzə
rə ilə qarşılaşmaq olar (110, 28). Tanınmış rus tədqiqatçısı
O.M.Freydenberq də “Süjetin və janrın poetikası” və “Qədim
dövrün mifi və ədəbiyyatı” adlı əsərlərində məsələyə özünəməx
sus tərzdə toxunmuşdur.
Rus xalq nağıllarının ənənəvi formulları barədə yazan
Q.S.Maltsev ənənəvi formulları şifahi poetik mətnin kateqori
6
yası kimi təqdim edir. Q.S.Maltsevlə yanaşı, İ.A.Razumova da
rus xalq nağıllarının formullarına ayrıca araşdırma həsr etmişdir.
Ənənəvi formullar məsələsinə nağıl janrı haqqında araşdır
malar aparan bir sıra alimlər də müraciət ediblər. Məsələn,
L.Şeynyanu,
S.Savçenko,
P.Volkova,
İ.Bolte,
Q.Polivka,
V.P.Anikin, V.M.Sokolov, M.P.Ştokmar, F.İ.Buslayev, D.Frey-
zer, A.N.Afanasyev və başqa tədqiqatçıların sözügedən məsələ
yə həsr olunmuş əsər və məqalələri əsas etibarilə nağıl formulla
rının qeydə alınması və inventarlaşdırılmasına həsr olunmuşdur.
A.B.Mojarovski, A.N.Afanasyev, N.P.Kolpakov, A.J.Niki-
forov kimi bəzi rus araşdırıcıları ənənəvi formulları “usandırıcı”
nağıllar adlandırırlar (135). Onların fikrincə, bu tip nağıllarda
süjet illüziyalıdır, çünki onun məqsədi dinləyicilərə maraqlı bir
şey çatdırmaq deyil, texniki tərəfdən təhkiyənin fasiləsizliyini
təmin edən mexanizmi nümayiş etdirməkdir (135).
Göründüyü kimi, folklorşünaslıqda daha çox formulların
struktur-tipoloji aspekti araşdırılmışdır. Bu sahədə ən fundamen
tal nəzəri iş Rumıniya alimi N.Roşiyanuya məxsusdur. O, bir
sıra Slavyan, Qərbi Avropa və Şərq xalqlarının nağıl mətnlərinin
əsasında formulları, onların elementlərinin tərkibini öyrənmiş,
funksional xüsusiyyətlərini müəyyən etmişdir. N.Roşiyanunun
tədqiqatlarına əsaslanaraq, N.M.Gerasimova rus xalq nağılları
nın strukturunu araşdırmışdır. Bu problemin linqvistik yöndən
analizi isə O.A.Davıdovaya məxsusdur.
Formul nəzəriyyəsinə qismən “Dastan poetikasf’nda toxu
nan K.Vəliyev də formulun təsnifatının bilavasitə dil birliklərinə
uyğun olduğunu vurğulayır: 1) Söz-formulu (metafora); 2) Söz
birləşməsi-formulu (bədii vəsflər); 3) Cümlə-formulu (atalar
sözləri, hikmətli sözlər); 4) Mürəkkəb sintaktik bütünlük- for
mulu (şeir) (76, 143). Onun fikrincə, bu ümumi modellər öz
tərkib hissələrinə bölünür. Alqış, qarğış, bədii vəsf, paralel inşa
lar, atalar sözləri, təkərləmə ifadələri və s. uyğun modelin ünsü
rü kimi ortaya çıxır. Bu dil birliklərinin uyğun modellərinə
N.Roşiyanunun araşdırmasında da rast gəlinir.
7
Türkiyə folklorşünasları da nağıl janrı üzərində çoxlu sayda
araşdırmalar aparmışlar. P.N.Boratav, V.Eberhard, W.S.Uysal,
Z.Göyalp, T.Alangu, N.Tezel, E.C.Güney, S.Sakaoğlu, U.Gü-
nay, B.Seyidoğlu, sonrakı illərdə P.Boratavın rəhbərliyi altında
V.Volker, B.Volker, M.Tuğrul, Ə.E.Uysal və E.Artun və s. kimi
alimlər öz toplamalarında formullardan yararlanmış, əsərlərində
müəyyən qədər ənənəvi formullar məsələsinə toxunmuşlar.
Müasir dövrdə M.H.Yavuz, N.Taner, M.Gökçəoğlu xalq
nağılları üzərində çalışmalarım davam etdirirlər. Əsasən Kipr
nağıllarım toplayan müasir araşdırıcı M.Gökçəoğlu ənənəvi for
mulların “Kıbrıs türk küme sözler (formeller)” sözlüyünü hazır
lamışdır. Burada o, küme sözü altında ənənəvi tapmacaların, ata
lar sözlərinin, təkərləmələrin daxil olduğu bütün formulları təq
dim etmişdir (87,17).
Bu günə qədər Azərbaycanda nağıl janrına həsr olunmuş bir
sıra araşdırmalar mövcuddur. Ancaq onların heç birində nağıl
formulları xüsusi şəkildə araşdırmaya cəlb olunmamışdır. O.Əli
yev “Azərbaycan nağıllarının poetikası” adlı monoqrafiyasında
nağıl formullarından bir qədər ətraflı bəhs etmişdir. Ayrı-ayrı
dərsliklərdə isə nağıl formullarına ötəri şəkildə toxunulmuşdur.
Monoqrafiyanın predmeti Azərbaycan və Türkiyənin, həm
çinin Şimali Kipr Türk Cümhuriyyətinin müxtəlif bölgələrindən
toplanan xalq nağıllarıdır. Cənubi Azərbaycan və İraq-Kərkük
nağılları və internet səhifələrində yerləşdirilən bütün Azərbay
can və Türkiyə xalq nağılları da tədqiqata cəlb olunmuşdur.
Burada N.Roşiyanunun “Ənənəvi nağıl formulları” əsərinə
əsaslanaraq Azərbaycan və Türkiyə nağıllarının ənənəvi formul
ları araşdırılmışdır. Azərbaycan və Türkiyə xalqlarının formulla
rının oxşar və fərqli xüsusiyyətləri təhlil olunmuşdur. Monoqra
fiyada həmçinin P.N.Boratav, İ.Razumova, Q.Maltsev və A.Ge-
rasimova, P.N.Boratav, E.Artun və M.Gökçəoğlu kimi alimlərin
araşdırmalarından da istifadə olunmuşdur.
Əsas məqsədimiz Azərbaycan və Türkiyə nağıllarının ənə
nəvi formulları arasında müqayisələr aparmaq və bu yolla onla-
8
nn vahid epik ənənə əsasında yarandığını, yəni bir bütövün ayrı-
ayrı hissələri olduğunu əsaslandırmaqdan ibarətdir. Bununla əla
qədar qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
- Folklorda ənənəvi formullar məsələsinin qoyuluşu və
ətraflı öyrənilməsi;
- Xalq nağıllarında ənənəvi formullar məsələsinin araşdırıl
ması, bu sahədə mövcud təcrübənin mənimsənilməsi;
- Azərbaycan və Türkiyə nağıllarının ətraflı öyrənilməsi və
müqayisə olunması;
- Azərbaycan və Türkiyənin m üxtəlif bölgələrindən toplan
mış nağılların başlanğıc formullarının müqayisə olunması, ortaq
formulların aşkarlanması;
- Azərbaycan və Türkiyə nağıllarının təhkiyə formullarının
oxşar və fərqli cəhətlərinin müəyyən olunması;
- Azərbaycan və Türkiyə xalq nağıllarının sonluq formulla
rının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən olunması;
- Ortaq və fərqli formullar, onların meydana gəlmə səbəb
lərinin və nəticələrinin ümumiləşdirilməsi;
Monoqrafiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
- Araşdırma işində ənənəvi nağıl formulları haqqında
nəzəri düşüncə və təcrübənin mənzərəsinin yaradılmasına cəhd
edilmişdir.
- Azərbaycan nağıllarının ənənəvi formulları sistemli şəkil
də öyrənilmiş və bir çox ümumiləşdirmələr aparılmışdır.
- Türkiyə nağıllarının ənənəvi formulları toplanmış və
ümumiləşdirmələr aparılmışdır.
- Azərbaycan nağılları ilə Türkiyə nağıllarının formulları
müqayisə olunmuş və onların tipoloji xüsusiyyətləri üzə çıxarıl
mışdır.
- Azərbaycan və Türkiyə nağıllarının ənənəvi formullannm
kataloqu hazırlanmışdır.
- Monoqrafiyanın və formullar kataloqunun gələcəkdə bu
sahədə yeni-yeni araşdırmaların meydana çıxmasına təkan
verəcəyinə inanırıq.
9
Bir sözlə, monoqrafiyada ənənəvi formulların sistemli təhli
li ilə yanaşı, Azərbaycan və Türkiyə nağıllarının başlanğıc, təh
kiyə və sonluq formullarının müqayisə olunması, ortaq və fərqli
cəhətlərin tapılıb təhlil edilməsi folklorumuz üçün çox maraqlı
dır. Araşdırılan formulların çoxu yalmz nağıla deyil, digər ja n r
lara da aiddir. Tədqiqat işi həm Azərbaycan, həm də Türkiyədə
şifahi xalq ədəbiyyatı ilə maraqlananlar, yaxından məşğul olan
mütəxəssislər və ali məktəb tələbələri üçün faydalı ola bilər.
Monoqrafiyadan şifahi xalq ədəbiyyatına aid yeni dərsliklərin
hazırlanmasında da istifadə oluna bilər. Tədqiqatın aparılmasın
da və monoqrafiyanın hazırlanmasında mənə dəstək olan hər bir
kəsə təşəkkür edirəm.
10
Dostları ilə paylaş: |