II. Yuxular (xəyallar):
4. Həsrət yuxulan: Yoxsulun bol nemətlər, böyük sərvətlər
əldə etməsini xəyal etməsi...
5. Qorxulu yuxular: Qartalın və ya başqa bir quşun havaya
qaldırdığı adamın sərgüzəştləri...
I I I Toplum düzəninin və günlük həyatın zarafat mövzusu
olması:
6. M üxtəlif heyətin, insan münasibətlərinin yumorlu görün
tüsü (parodiya): evlənmə, gözəl-çirkin münasibətləri, müəllim
lər, rahiblər...
7. Günlük həyatın bir sıra sıxıntıları. Məsələn, bəzi obrazla
rın başqa ölçülərdə göstərilməsi.
8. Tənbəlin, qərarsız bir adamın macəraları.
9. Yaxşı niyyətli, amma yerinə görə nə söylənilməsini, nə
edilməsini bilməyənin başına gələnlər (“heç nə” axtarmağa ge
dən adam) (89, 34).
Sadalan epik müqəddimə (təkərləmə) mövzularından çoxu
müəyyən qədər Azərbaycan nağıllarında da mövcuddur. Məsələn,
“Sizə kimdən deyim, kimdən danışım, dır-dır arvadlardan, ilan
vuran, iman qıran, saman altdan su yeridən, yabaynan doğa içən
lərdən, qarışqa minib çaydan keçənlərdən-paxıl bacılardan” (17,
274). Ancaq türkdilli ölkələrin nağıl coğrafiyasını araşdırdıqda,
digər xalqlara nisbətən Türkiyə türklərinin nağıl təkərləmələrinin
daha zəngin və müxtəlif olduğu, yaxud daha çox toplanıldığını
görmək olur. Məsələn, “Masal masal matitas... kalaylandı bakır-
taş... Çukura düşdü çıkmaz... Pır pır eder uçamaz. Var varanın,
sür sürenin... Habersiz bağa girenin hali yaman demişler... ma
saldır bunun adı... söylemekle şikar tadı... her kim dinlemezse
bunu, haqqından gelsin kambur tadı... ” (99, 49); “E w el zaman
27
içinde. Kalbur saman içinde. Koş koşalım. Tut tutalım. Tutqal
hanımın elinden. Sıyrılıb düşmesin altın nalından, Beybabamızın
düyünü var. Pılav zerde yemeye gedeceyiz. Kaşıklar elimizde
diyerek başlayalım. Düşelim yollara... ” (86, 307); “Zaman zaman
içində, kalbur saman içində. Deve tellel iken, pire berber iken,
ben babamın beşiyini tınqır mınqır sallar iken, babam aldı meşeyi,
dolandırdılar köşeyi. Ben kaçanm onlar kovalar. Önümüzde ne
dağlar kaldı ne ovalar...(81, 23); “E w e l zaman içinde, cinler cirid
oynarken, aski hamam içinde... Üşüdüm Allah üşüdüm, daldan
armud düşürdüm. Armudumu yemişler, bana çirkin demişler...
Çirkin değil, güzelim, inci, mercan dizerim. Ben mercandan geçe-
mem, Aksaraya göçemem... Aksaraym kilidi, bana vuran kim idi?
Ernmim oğlu Musacık, eli kolu kısacık... Çık çıkalım çardağa, taş
atalım çaylağa; çaylak başrnı kaldırmış, ayvaları çaldırmış... Hani
kağıt, hani defter? Bir de gelmiş çevre ister; çevrede güller, sen-
deki diller; ben gider oldum, duymasın eller...” (83, 332). Azər
baycan və Türkiyə nağıllarında fərqli formada nəzmlə deyilmiş
ənənəvi sicilləmələr də mövcuddur:
Ay bəylər, hallı bəylər,
Tutub çullu dovşanı
Dilləri ballı bəylər.
Əyləşin sağ-solumda,
Dayanmayın yolumda.
Atım basar sizləri,
İtim tutar sizləri.
Pişiyimi nallaram,
Xoruzumu çullaram.
Əlimdə gümüş hasa,
Yanımda çolaq kosa,
Tapıb nallı dovşanı,
Qabağıma qataram,
Bir tacirə sataram.
Tacir mənə saz verər,
Yatmağa palaz verər.
Yıxılaram yataram,
Yuxumuca qataram,
Anlamazı-qanmazı
Nağılçılar oyadar.
Qananların ağzında
Nağılları bal dadar (7, 30-31).
Göyçə nağıllarından götürülən bu sicilləmə çox zaman di
gər bölgələrdən toplanmış nağıllarda istifadə olunan bu kəlmə
lərlə tamamlanır:
Nağıl-nuğul bilmərəm,
Şəkər, noğul bilmərəm.
28
Bilsəm də söyləmərəm.
Şahdan gəlmiş nökərəm
Məndən nağıl istəsən,
Qavırğanı sökərəm (7, 31);
Türkiyə nağıllarında isə aşağıdakı təkərləmə çoxluq təşkil
edir:“Masal masal maliki
Yolda saydım on iki
On ikinin yarısı
Tilki çakal karısı.
Masal masal martladı
İki fare atladı
Kurbağa kanatlandı
Tos vurdu bardağa
Gelin çıkdı çardağa.
Masal masal maliki
Kuyruğu var on iki
Kuyruğunda beni var
Kulağında çam var...” (89,21).
Mənasız söz oyunlarında müəyyən qədər məlumatlar olsa
da, bunların nağıllara heç bir aidiyyəti yoxdur. Onlar başqa janr
ların girişində olduğu kimi, dinləyicilərdə maraq oyatmaq və on
ları uzun söhbətə hazırlamaq məqsədi daşıyır. Ritmik söz oyun
larının nağıldan əvvəl yaranaraq müstəqil şəkildə yaşaması, in
kişaf etməsi, sonradan nağılın əvvəlinə keçməsi faktı da səslənir
(89, 33-34). Təkərləməsi olmayan nağıllar isə sadə formullarla
sözün qapısım açır. “Təkərləmələr” giriş formulu ilə birlikdə iş
lənərək ondan sonra və ya əvvəl də gələ bilər. Məsələn, M.Gök-
çəoğlunun topladığı “Ayla yıldız” nağılında əvvəlcə “E w el za
man içinde, kalbur saman içinde. Develer tellalken, pireler ber-
berken.... gəlir, padşah və onun üç qızları haqqında bir qədər
məlumat verilir, sonra isə yenidən “Bir varmış bir yokmuş. Alla
hın günü çokmuş. Dinlemesi kolay, anlatması zormuş...” (86, 7)
formulu verilir. M.Gökçəoğlu formulları məhz təkərləmə adlan
dıraraq, onları giriş, bağlayış və bitiş növlərinə bölür. Bəzi hal
larda isə nağıllar sonadək elə təkərləmə formasında olur.
Belə mətnlər, “yalan masallar”ı adıyla xüsusi bir qrup ha
lında Aame-Tompson kataloqunda 1875-1889 nömrələrdə top
lanmışdır (89, 32). Ritmik söz oyununu “yalançı nağıllar” adlan
dıran E.Tursunov məsələyə belə yanaşır: “Yalançı nağılları sehr
li nağıllara aid etmək olmaz. Onlar əfsanə də deyil, alleqorik
29
əsər də deyil. Həmçinin yalançı nağılları pişrov da adlandırmaq
olmaz. O, nağıllardan fərqli olaraq, köməkçi funksiya daşıyır”
(125, 122). Abdülbaki Gölpınarlı təkərləmə və ya yalanlamalar-
da ifadə və mövzu baxımından şaman dualarının xüsusiyyətləri
nin olduğunu söyləyir. Boratav da şaman dualarının müqəddəs
dəyərlərini, sehr güclərini itirərək, təkərləmələrin tərkibinə daxil
olduğunu vurğulayır (89, 43).
Qeyd edək ki, nağıl təkərləmələrinin bəlli bir vəzifəsi var
dır: başlanğıcda söylənənlər xəbərdarlıq ədasıyla nağılın həqiqət
deyil, əyləndirmək və ibrət dərsi vermək üçün uydurulmuş şey
lər olduğunu, hadisələrin uydurma da olsa, çox qədimdən keç
miş olduğunu qəbul edilməsinin vacibliyini bildirmək istəyirlər.
Bir sözlə, təkərləmələrdəki uydurma söz oyunları ilə nağılın za
rafat, yalan olduğu vurğulanır. Onların altındakı mənaları, əsl
məqsədi anlamaq isə dinləyicilərə həvalə olunur.
Bir çox folklorşünaslar ritmik söz oyunu ilə başlanğıcın
funksiyalarını eyni hesab edirlər. Onlar təkərləmələrin istifadəsi
ni real dünya ilə nağıl dünyasının sərhədlərini zarafatla ayırmaq
cəhdi kimi qiymətləndirirlər. İ.Razumova başlanğıc formulu ilə
nağıla qədərki ritmik söz oyunu arasındakı sərhədin qeyri-müəy
yənliyinə diqqət yetirərkən söyləyir: “İki eyni giriş formulu söy-
ləyicilərin danışıq tərzindən asılı olaraq birində başlanğıc formu
lu, digərində isə nağıla qədərki ritmik söz oyunu kimi səslənə bi
lər. Buradan belə bir nəticəyə gəlmək olar ki, nağılı yazılı mətn
lər əsasında deyil, məhz xalq auditoriyasında real səslənməsi
əsasında öyrənmək lazımdır” (123, 16). Onun fikrincə, giriş for
mulları çox zaman məzəli xarakter daşıyır, burada ironiya möv
cuddur. Ancaq bu ironiya növbəti təhkiyəyə aid deyil. Ayrı-ayn
söyləyicilər bu formulu həqiqətə uyğunlaşdıraraq müxtəlif for
malara sala bilərlər (122, 119). Qənaətimizcə, nağılların başlan-
ğıcındakı ritmik söz oyunlarının bir qismi həqiqətən də nağılla,
onun məzmunu ilə əlaqəsi olmayan məzəli söz oyunu, digər bir
qismi isə müəyyən mənada üstüörtülü şəkildə nağılın məzmunu
na bir işarə olan söz oyunudur.
30
Türkiyə və Azərbaycan nağıllarının girişindəki ritmik söz
oyunları, yalanlamalarm əvvəli müəyyən qədər oxşar olsa da,
sonu fərqli səslənir, həmçinin Türkiyə nağıllarının təkərləmələri
həcm baxımından çox genişdir. Bunu müasir Türkiyə söyləyici-
lərinin internet səhifələrində yerləşdirdikləri nağıllarda da gör
mək olar. Məsələn, “Bir varmış, bir yokmuş. Evvel zaman için-
de, kalbur saman içinde, develer tellal iken, pireler berber iken,
ben anamın beşiğini tıngır mıngır sallar iken, sür sürenin, var
varanın, bağa destursuz girenin, alemin başma çorap örenin, boş
yere öfkelenenin, dum p dururken gülenin, baykuşu çok olurmuş,
Ak sakal, kara sakal, pembe sakal, çember sakal, keçi sakal, ber
ber elinden yeni çıkmış taze, taptaze sakal, Kasap olsam sallaya-
mam satın, nal bant olsam nallayamam kafiri, hamam açsam dost
ahbap hatırı. Hiç birisi karım değil benim, Doğru söz, güzel söz,
derken başıma yıkıldı hamam, dereden, siz gelin.Tepeden ben.
Sandıktan siz çıkın, sepetten ben. Tahta merdiven, taş merdiven,
toprak merdiven. Ellerimde eldiven çıktım taş merdivenden, Bir
beyaz perde, perdeyi kaldırdım, köşede bir hanım oturmuş. Şöy-
le ettim, böyle ettim hammın tabanının altına bir fıske vurdum.
Su paluzesi gibi titriyor. Gün bitiyor, söz bitmiyor. Ne yapalım,
ne edelim? Kısa kesip masalımıza girelim. Evvel zaman içinde,
bir padişah varmış” (137). Türkiyə nağıllarında təkərləmələrin
çoxluğu ərazisinin böyüklüyü və söyləyicilik ənənəsinin məqsə
dəuyğun şəkildə yaşaması ilə əlaqədardır, desək, yanılmarıq.
Azərbaycan nağıllannda bunlar bəzən “sicilləmə”, bəzən
“şəbədə”, bəzən isə yanlış olaraq “pişrov” (loppazdama), “qara
vəlli” (həcmcə yığcam, yumoristik xarakter daşıyır, məzəli məz
muna malik olur) və “sanama” adları ilə təqdim olunur. Ancaq
qaravəllilərlə nağıllar arasında oxşar cəhətlər çox olsa da, onlar
fərqli janrlardır və onlan qarışdırmaq olmaz. “Belə ki, nağıllarda
qaravəllilərdən fərqli olaraq, sehrli qüvvələr, fantaziya və uydur
malar üstünlük təşkil edir. Qaravəllilərdə isə daha çox ailə-məişət
hadisələri öz əksini tapır. Nağıllar qaravəllilərə nisbətən həcmcə
geniş olub, bir neçə əhvalatı və süjeti əhatə edə bilər. Nağıllarda
31
təhkiyə və təsvir geniş və əhatəlidirsə, qaravəllilərdə isə təsvir və
təhkiyə nağıla nisbətən səthi xarakter daşıyır və orada dialoqlar
dan daha çox istifadə olunur. Bu cəhətdən nağıllar dastanlara, qa
ravəllilər isə dramatik növə-xalq tamaşalarına yaxındır” (66, 54).
H.Zeynallınm toplayıb nəşr etdirdiyi Azərbaycan nağılların
da yazıya alınan ritmik söz oyunlarının hamısı demək olar ki,
aşağıdakılardan ibarətdir: “Bəli, nağıl binasını qoyaq yavaş-yavaş,
olum qapında qulnan qaravaş. Dövlətli plova şıllaq vurar, kasıb
tapmaz bir kasa bozbaş” (32, 311); “Həkan-həkan içində, qoz
girdəkan içində, xəlbir saman içində. Dəvə dəlləklik edər köhnə
hamam içində, Qarışqa şıllaq atdı, dəvənin böyrü batdı. Biri var
idi, biri yox idi, Allahdan başqa heç kim yox idi, Sizə haradan
xəbər verim Misir şəhərindən” (33, 5); “Badi-badi giriftar,
hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edər
köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı.
Hamamçının tası yox, baltaçının baltası. Orda bir tazı gördüm,
onun da xaltası yox. Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan
deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində,
imansızın belində, biri vardı, biri yoxdu, bir padşah vardı” (33,
163); “Sizə haradan xəbər verim, az danışanlardan, qara-
dinməzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulama
yan çaqqallardan, çoxdanışanlardan, dilli arvadlardan, küsəyən
lərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan,
vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay
keçənlərdən, xoruz belində bostan əkənlərdən, kosasaqqallardan,
göygözlərdən, nə bilim nədən, nə bilim nədən... Lənət quyruqlu
yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə,
rəhmət yazana lənət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qal
sın, pislik getsin, dost var olsun, düşmən puç olsun, ağıllı yesin,
ağılsız hesablasın. İndi gələk mətləbə” (4, 220); “Həkan-həkan
içində, qoz girdəkan içində, dəvə dəlləklik edər qoz girdəkan
içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı, milçək mindik,
körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət-məkan,
tərəziyə vurdu təkan. İki qoz bir girdəkan. Günlərin bir günündə
32
Sizə kimdən xəbər verim, Şah oğlu Şah Abbasdan14 (34, 172);
“Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş giriftar, Şah Abbas
cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz bir girdəkan. Biri
vanymış, biri yoxuymuş, bir padşah vanymış” (34, 163); ”Nağıl-
nuğul bilmirəm, bilsəm də söyləmirəm, şahdan gəlmiş nökərəm,
dinmə qabırğaların sökərəm. Sizə haradan danışım, kimdən
danışım, keçmişlərdə bir kişi var imiş” (34,276).
Ağa Həsən Mirzəzadənin topladığı “Məlik Məmməd”
nağılında şəbədə adlandırılan uzun bir ritmik söz oyunu təqdim
olunur: “Raviyani-əxbar, nağılani-əsar və tutiyani-şəkər, şəkəri-
şirini-köftar, böylə rəvayət edir. Sür- süpür gəl, pibkər, gəl sənə
kimdən xəbər verim, Şah oğlu Şah İsmayıl, mənzili məkan, iki
qoz bir girdəkan tərəziyə vurdu təkan, Kürü o taya keçdik, yab
ilə doğa içdik! Atovun goru dağılsın yalan yiyəsi, bir belə də
yalan görməmişdik. Hindalan-hündalan Kür qırağı köndələn,
kəklik otu bəndalan. Xan sənsən, mən mənəm qorxma sənə dəy
mərəm. Hekayəti-məkati, ildə verər əlli batman zəkatı, boyaqçı
küpü açdı boyadı məmləkəti, hamamçının tası yox, heç faydası
yox. Qarışqa şıllaq atdı, dəvənin gözü çıxdı. Ay ağalar, ay qar
daşlar, bir milçək ovladıq. Acıqlandı qalxdı havaya, onun yağın
tutduq saldıq tavaya. Onun sümüyündən bir dəryaya körpü düş
dü. Yüklü-yüklü, cüklüc-cüklü sərçələr keçdi. Eniş gəldi, qəniş
gəldi görək yazıq Məlik Məmmədin başma nə gəldi. Ətçidə yox,
mətçi də Koroğlu gözətçidə yox, İbrahim xan nayçıda yox, Bay
ram xan zurnaçıda yox, mənə tapılmaz çaxmağı yox tüfəng.
Çaxmağı yox tüfəngi götürüb çıxdım ova. Eylə vurdum dovşanı
iki qabırğaları sındı, özünün xəbəri yox. Yapışdım bir əlindən,
bir ayağından. Ay qarınənə, bizə bir qazança ver aş eyləyək.
Dedi: “Ay qadan alım, bu evdən o evə gedərsən üç qazança var,
ikisi sınıq, birinin dibi yox” . Bu dibi yox qazançada dovşanı elə
bişirdik sümükləri həlli-məhəl oldu, ətinin xəbəri yox. O qədər
yedik bindan dodaqlarımız çatladı, qarnımızın xəbəri yox. Ay
qarı nənə, yandıq susunnan! Dedi: “Ay qadan alım, bu evdən o
evə keçərsən üç hovuz var, ikisi qurudu, birinin suyu yox.”
33
Hovuza qublamban o qədər içdik ki, dodaqlarımız köpdü, qarnı
mızın xəbəri yox. Dedik: “Ay qan nənə, amandı, götür bizim
çanqlanmızı” Dedi: “Ay qadan alım, bu evdən o evə gedərsən,
çanqlarımz ordadı” Bəli, Abı yoldaş dedi, 'obu yoldaş dedi:
“Mən yoldaşın çanğmm tayı yox” Bəli, səs saldıq, soraqçı saldıq
rəvan olduq Küdrü san. Belə deyirlər ki, az getdik, uz getdik, acı
yovşanlıq, şirin biyanlıq, mənzil kəsdik yol getdik, dərələrdən
yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi açıldıq qəlblər
kimi, yığıldıq kəmənd kimi, gündə bir iynə boyu yol getdik,
getdik çıxdıq Küdrünün belinə. Hayiqət gördük ki, çarıq bir zəni
əkib ki, iki göz gərək tamaşaya. Bəli! Çini soluyub düşdük bu
taxılı yaxşı- yaxşı biçməyə. Çin biçirdi, biz də dərz bağlayırdıq.
Bira də gördük həmin dovşanın bir qaçır. Çini silkələdik, çinin
dəstəsi şup eləyib girdi dovşanın qamma, dovşan biçdi, biz dərz
bağladıq, vurduq tavaya. Yoldaşın biri istədi papurus çəksin.
Paprosu yandırcaq tayamızı od tutdu. Tayanın içindən bir palan
çıxdı,palanı yardıq, hamısı yalan çıxdı! Biri varmış, biri yox
muş, Allahdan başqa heç kim yox imiş” (62, 7-8). Göründüyü
kimi, burada tarixdə mövcud olan Şah İsmayıl, Koroğlu, İbra
him xan, Bayram xan kimi tarixi şəxsiyyətlərin adları çəkilir.
Tərkibində keçid formulu, dialoqlar olan bu şəbədə qarışıq
formul tipinə aiddir. Ümumən, sadalanan giriş formullarının ço
xunu qarışıq başlanğıc formulu növünə aid etmək olar.
Bu sıradan olan ritmik məzəli söz oyunlarını dünya uşaq
ədəbiyyatı kitabxanası silsiləsindən olan “El çələngi” buraxılı
şında iki nümunəsi - “Yalan-palan”, “Hadi, hudu, Kor oğlu
Kosa, bir də mən” (51, 237-240) verilir və onlar da oxuculara
“qaravəlli” kimi təqdim olunur. Azərbaycan folkloru antologiya
sının Şəki bölümündə “Ağ yalan” adlı sicilləmə qaravəlli kimi
təqdim olunur (21, 297). Bunun oxşar variantı P.Boratavın top
ladığı “Qaz ovu” təkərləməsində (89, 71-72) beş qardaşdan, kor,
topal-, sağır, çılpaq və tüfənginin çaxmağı yoxdan söhbət gedir.
Fikrimizcə, “təkərləmə” formasının Azərbaycan folklorundakı
oxşar variantını “sicilləmə” və ya “şəbədə” adlandırmaq daha
34
məqsədəuyğun olardı. Çünki fars mənşəli “pişrov” sözü və “qa
ravəlli” kəlməsi daha çox şifahi xalq ədəbiyyatının dastan jan
rına xarakterik sözdür. Sanama isə folklorun tamam ayn janrıdır.
Bəzi Göyçə nağılçıları bu müqəddiməni loppazdama adlandırır
lar. Azərbaycan Folklor Antologiyasının Göyçə folkloru bölü
mündə qeyd edilir ki, alınma söz olan pişrovdan fərqli olaraq
loppazdamanın öz leksik mənasına görə mahiyyəti daha dolğun
ifadə etməsi göz qabağındadır (7, 30). Düşünürük ki, “sicilləmə”
sözünün folklorşünaslıq elmində bir termin kimi işlədilməsi
daha məqsədəuyğundur. Araşdırdığımız nağıl sicilləmələrindən
belə nəticəyə gəlmək olar ki, bu tərzdə yalan və zarafatlar bol
olsa da, sətiraltı həqiqətlərin olduğu hiss olunur, bəzi tarixi yer
adlarının, şəxsiyyətlərin adlan çəkilir. Yəni formulun birinci his
səsi yalan olsa da, ikinci hissəsi isə həqiqətə uyğun gəlir. Buna
görə də “yalanlama” variantı da qəbul edilə bilməz.
Bir çox türk xalqlarının nağıllannda variantlan yayılan
“Arzu Qəmbər”in Kərkük variantı da Azərbaycan nağıllanndakı
oxşar sicilləmə ilə başlayır: “Harttan hurttan, sıxması qarpuz qa
bığı, dügmesi turpdan, Aman zaman içinde, qerbil saman içinde,
deve berberliğ eder, eski hamam içinde...”. Bundan sonra “Va-
rıydı yoxuydu, ki (iki) qardaş varıydı” ənənəvi formulu gəlir”
(101, 271). Türkiyə təkərləmələrinə bənzər ritmik başlanğıc da
səslənir: Matal, matal, mat atar, bir kişi xurma satar, Arvad de
yər, gətir mən yeem, baxağ kim borca batar (46, 149). Dərbən-
dən toplanmış folklor antologiyasında isə nağıl sicilləməsi uşaq
folklorunun tərkibində verilir: “Hamam hamam içində, xəlbir
saman içində. Dəvə dəlləklik elər, kühne hamam içində. Qarışqa
şıllaq atdı, dəvənin budu batdı. Hamamçının tası yux, dəlləyin
güzgüsü yux” (18, 308).
Qeyd edək ki, klassik şair və yazıçıların əsərlərində sözü
gedən tərzə tez-tez müraciət edilib. Müasir yazarların şifahi
ənənədən yararlandıqları və ortaq mövzuların olduğu da hamıya
bəllidir. İnternet səhifələrində yerləşdirilən müasir Türkiyə söy-
ləyicilərinin nağıllarında yazılı ədəbiyyat janrlarına xarakterik
35
olan üslubda müqəddimələr təqdim olunur: “Okumak isteyen-
lere ve ilgisini çekenlere bir masalım var. Bazı gerçekleri, yeni
kuşaklara yansıtmak istiyorum. Yarım yüzyılı geçen yaşamımda
gördüklerimi, aile büyüklerimin öykülerini ve ninelerimin soğuk
kiş gecelerinde soba başında ısınırken, anlattıklarını yazıya dök-
mek istedim. Çok esgilerden bugüne gelen ve güncelliğini koru-
yan bir masal oluştu. Vahşi Batının masalı... Binlerce yıl önce,
daha işanların bir-birlerini anlamak ve düşüncelerine değer ver-
mek yerine, silahlanyla, sopalarıyla karşıtlanna saldmp baskı
uygulamaya çalıştıklan zamanlarda geniş topraklar üzerine ya
yılmış bir ülke varmış” (136).
fiələ XIII əsrdən formalaşmağa başlayan, yeddi yüz ildən
çox keçmişi olan nağıl və təkərləmə tərzinin izi XIII- XVI əsr
lərdə yaşayan böyük dərviş şairləri Barak Baba, Yunus Emre,
Kaygusuz Abdal, Kazak Abdal, Hacı Bayram, Aşıkpaşazadə,
Ümmi Sinan və M.C.Ruminin risalə və məsnəvilərində (ritmik
söz oyunu) açıq görünür. P.Boratav nağıl təkərləmələrindəki
bəzi parçaların bu xalq yazarlarından alındığını söyləyir: “Onlar
analarından, nənələrindən öyrəndikləri təkərləmə üslubu ilə
“ilahi həqiqət”, ’’mütləq varlıq” kimi metafizik suallara cavab
tapmağa çalışıblar. Nağılları isə eyni söz sənətinə qara torpağın
və ayaqlarıyla sıx şəkildə onun üstünə basan insanın məsələlə
rini yükləyir. Amma hər ikisi də “ariflər anlasın” deyə rəmzli bir
şeir diliylə danışır” (89, 36).
Sözügedən tərz Avropa xalqlarının folklorunda da geniş ya
yılıb. İ.Kunoş hətta Türkiyə nağılları ilə Avropa və İran nağılları
arasında məzmun baxımından qohum olduğunu söyləyir (78,
108). “Kor, topal və şikəstin mümkünsüz işləri, qəribə macəraları
nı anladan təkərləmənin başlıca ünsürləri Almaniyada, Danimar
kada, İngiltərədə, Fransada, İtaliyada, Estoniyada, Polşada və
başqa ölkələrdə yayılmışdır. Ancaq Şərqdəki qədər qədim
mənbələri, sənədləri yoxdur. Bəzi yerlərdə isə bunlar lətifə və
tapmaca olaraq da söylənilir. Almaniyada bunun XV əsrdə yazıl
mış bir “zarafat tərzində vaiz” şəkli var. Danimarkada, İngiltərədə
36
söz oyunu bitdikdən sonra dinləyicilərin “amma da yalan!” deyə
qarşılıq vermələri adətdir. Fransada bu cür nağıllara məhz ya-
lanlamalar (“menteries”) adı verilir” (89, 43). Göründüyü kimi,
Qərb folklorunun bəzi örnəklərində Türkiyə nağılları ilə eyni
qaynaqdan gəldiyini sübut edə biləcək ortaq özəlliklər var. Şərqə
doğru irəlilədikcə, Balkan ölkələri, sonra isə Orta Asiya, İran və
Azərbaycan və digər türk dillərinin yayıldığı və təsir etdiyi bölgə
lərdə oxşar formullar çoxdur. P.N.Boratava görə, dil baxımından
Oğuz əslindən olan ölkələrin (Azərbaycan, Türkmənistan), ya da
uzun zaman Osmanlı imperatorluğunun sərhədləri içərisində qa
lan ölkələrin söz ənənələrində Anadolu təkərləmələrinə bənzəyən
parçalar daha çox tapılmaqdadır (93, 143-144). Məsələn, Azər
baycan nağıllarının başlanğıcında işlədilən “dəvə dəlləklik, şir
qoruqçu, qurbağa naynayçı” ifadə tərzinin variantlarına həm
Türkiyə nağıllarında, həm də Özbəkistan nağıllarında rast gəlmək
olar: “Bor əkanda yuq əkan, oç əkanda tuq akan, qarğa qaqımçı
əkan, çum çuq çaqimçi əkan, qirqovul qizil əkan, quyruği uzun
əkan, buri bakovul əkan, tulki yasovul əkan...Bir zamanlarda bir
podaçı bor əkan...” (89, 47). Beləliklə, folklor sirkulyasiyası
nəticəsində Orta Asiyadan Türkiyəyə, oradan Azərbaycana və
İrana yayılan ənənəvi formullar tədricən azalmış, yazıya almanda
dəyişmiş, öz dəyərini itirmişdir.
Söylədiyimiz kimi, söyləyicilərin ustalıqlarının göstəricisi
olan ritmik məzəli söz oyunlarına həm “klassik” nağıllarda, həm
də son dövrlərin nağıllarında getdikcə az rast gəlirik. İ.Razumo-
vanın qənaətincə, ritmik ifadələr formul deyil, onlar qəlibləş-
məyib. Hətta bir nağılda bir neçə dəfə təkrar olsa da, onlar for
mula çevrilmir, cünki janrın, süjetin göstəricisinə xidmət etmir
(123, 99). P.Boratav isə hesab edir ki, hər halda uzun təkərləmə-
lər (yalanlamalar) başlanğıcda əsil nağıllardan ayrı bir növ deyil.
Nağılın özünün formalaşması zamanında növlərə bölünmə nəti
cəsində təkərləmə və ya yalanlamalar meydana gəlmiş, sonra da
bunların qısaldılmış şəkilləriylə nağıl başlanğıcına gətirilməsi
ənənəsi başlayib (89, 48).
37
Zaman keçdikcə, insanların həyat tərzlərinin, dinlərinin də
yişməsi ilə epik ənənələr, mətnlərin məzmunları get-gedə dəyiş
miş, bəziləri isə tamam sıradan çıxmışdır. Belə ki, həm “klas
sik”, həm də son dövrlərin nağıl mətnlərində nağılaqədərki mə
zəli ritmik söz oyununa da tədricən çox az rast gəlinir.
Dağlıq Qarabağ və onun ətraf rayonlarından toplanan yeni
folklor antologiyalarmdakı nağıllarda və digər yeni nağıl va
riantlarında da formulların azlığı bunu sübut edir. Bir sözlə,
müasir Azərbaycan və Türkiyə nağıllarının başlanğıcında əsasən
klassik “Biri vardı, biri yoxdu”, “Bir zamanlar hansısa məm
ləkətdə” formulları və az sayda sicilləmələr işlənilir.
Dostları ilə paylaş: |