Söylədiyimiz kimi, təhkiyə formulları nağılın məzmunu ilə
sıx şəkildə bağlı olaraq, söyləyici ilə dinləyici arasında əlaqə ya
radır, onlarda maraq oyadır, ayrı-ayrı epizodları əlaqələndirir,
həm də obrazlann xarici görünüşünü və hərəkətlərini, dialoqları
və başqa xüsusiyyətləri göstərməyə xidmət edir. Sadalanan bu
mərhələləri N.Roşiyanunun araşdırmasına əsaslanaraq, iki bir-
birindən fərqlənən böyük formul qrupuna daxil etmək olar: xa
rici medial formullar və daxili medial formullar.
Dostları ilə paylaş: