1.1. Zaman formulları
N.Roşiyanuya görə, “Bir dəfə var idi ...” (nə vaxtsa, nə za
mansa) formulu bir və ya bir neçə qəhrəmanın varlığını (Eı)
müəyyən edir və onları zamana yerləşdirir. Ancaq zaman dəqiq
göstərilmir. O, təsdiqdən ibarətdir, əsasən qəhrəmanın valideynlə
rinə aiddir. Bəzən nağılın əvvəlində baş qəhrəman hələ dünyaya
gəlməyib, o, gələcəkdə doğulacaq. Yəni hansısa zamanda baba və
nənə, padşah, arvadı və başqalarının varlığı bildirilir. Ardınca
nağılların əsas personajı barədə məlumat verilir (121, 18). Azər
baycan və Türkiyə..xalq, nağıllarında.,“bir .zamanlar”, “zamanın
i
birində”, “vaxtıyla”, “vaxtın birində”, “günlərin birində”, “bir
gün”, “keçmişdə” zaman formulları oxşar şəkildə istifadə olunur.
Məsələn: “Günlərin birində bir keçəl var idi” (34, 265); “Bir gün
Süleyman şah qoşunu ilə yoldan keçirdi” (35, 90); “Günlərin bir
günü İsfahanda bir kişi vandı” (33, 28); “O vaxtlar Ovçu Pirim
adında bir nəfər vardı” (74, 240); “O vaxtı bir dənə torçu olub”
(74, 179); “Belə rəvayət edirlər ki, keçmişdə bir kasıb kişi var
imiş” (41, 117); “Günlərin bir günündə, əyyami-sabiqdə, biri var
idi, biri yoxdu, bir padşah vardı” (26, 205); “Bir vağdm
hökmündə bir İran padşahı vandı” (102, 18); “Vahdm birində va-
ndı bir adam, bir də eşecii (102, 212); “Vaktıyla iki arkadaş, ar-
kadaş oluyorlar” (81, 29); “Vaktı zamanında bir varmış, bir yok-
muş üç arkadaş varmış” (81, 72); “Zamanın birisində, ew el za
man içinde bir ayva ağacı varmış” (81, 106); “Zamanın birində
vaktm ikisində bir varlıklı adam vardı” (85, 93); “E w el zamanda
bir padişah varmış.” (86, 230); “E w e l zaman içinde, kalbur sa
man içinde, Vaktin bir zamanında, zamanın bir anmda, bir padi
şahın bir oğlu, bu oğlanın da bir lala sı varmış” (138). Türkiyə na
ğıllarında. daha çox zaman formullan təkərləmədən sonra gəlir.
Məsələn, “Zaman zaman içinde, kalbur saman içinde deyip baş-
layalım mesele. Vaktm birinde bir padişah varmış...” (86, 140).
Qarsdan toplanmış nağıllar çox vaxt “vahdm birində bir padşah
vanydı”, “vanydı, yoxıydı günnərin bir günündə bir qanyla qoca
var imiş”, “günün birində bir qardaş vanydı, biri dəliydi, biri
axıllı” və s. başlanğıc formullan ilə başlayır (68, 104).
Nümunələrdən görünür ki, formullar hansısa dəqiq zamana
aidiyyəti göstərmir. Yalnız hadisələrin keçmişdə cərəyan etdiyi
ni görmək olar. Bu qrammatik cəhətdən keçmiş zamanın “idi”,
“imiş” hissəciyi ilə ifadə olunur. Əgər epik əsərdə zaman “açıq”
şəkildə axır və tarixi zamanla birləşirsə, onda burada bir neçə
zaman formaları yerləşə bilər və hadisələrin ardıcıllığı dəyişə bi
lər. Ə w əl daha gec olan hadisələr, sonra isə əvvəlki hadisələr
danışılır. Bütün yerdəyişmələr və zaman formaları tarixi zaman
fonunda həyata keçirilir.
18
İ.Razumovaya görə, ənənəvi “Biri var idi, biri yox idi” for
mulu bir sıra nağıl başlanğıcında dəyişir. Yalnız söz birləşməsinin
qrammatik forması dəyişir, formulun semantik strukturu isə
dəyişməz qalır. Zamanın və ya məkanın qeyd olunmasına cəhd
formula “əlavə” kimi ola bilər. Nağılın girişində vaxtın göstəril
məsi tendensiyası söyləyicilərin nağılların əhvalatlarım tarixin,
zamanın ümumi axımnda müəyyən etmək cəhdindən bəhs edir
(122,118). Ümumən, nağıllarda zaman bir istiqamətdə inkişaf edir
və heç vaxt geri qayıtmır, buna görə də D.S.Lixaçov və
V.Y.Proppun dediyi kimi, heç vaxt statistik təsvirlər olmur. Nağıl
lardakı təsvirlər, onların fikrincə, dinamikada, hadisələr axarında
verilir (139). Hadisələr isə bəlli olmayan bir zamanda baş verir.
Azərbaycan və Türkiyə xalq nağıllarında işlənən formulla
rın oxşar variantlarının olduğunu nəzərə alsaq, sözügedən prin
siplər həm Azərbaycan, həm də Türkiyə nağılları üçün öz qüv
vəsini saxlayır. Belə ki, Azərbaycan və Türkiyə xalq nağılların
da söylənilən olayların tarixi dəqiq göstərilmir, ancaq əhvalatla
rın lap qədim dövrə aid olması tez-tez vurğulanır. Tədqiqatçı
E.Artuna görə, nağıllarda olaylar önəmlərinə görə sıralanaraq
axtarılır və “mış” keçmiş zaman, indiki zaman, ya da geniş za
manın rəvayətindən istifadə olunur (78, 118). Məsələn, “Yüzler-
ce sene e w el Karpazdakı bir köyde babamın büyük halası yaşar
dı” (102, 47); “Biri vardı, biri yoxdu, çok çok esgi zamanlarda
bir padişah varmış” (102, 29); “Biri var idi, biri yox idi, keçmiş
qərinələrdə Əhmədi-Çekkaş adında birisi vardı” (33, 321); “Belə
rəvayət edirlər ki, əyyami-qədimdə bir padşah vardı” (34, 241);
“Biri var idi, biri yox idi, lap uzaq keçmişlərdə qəddar bir şah
var idi” (55, 164) və s. Bütün nümunələrdən görürük ki, epik
zaman dəqiq göstərilmir.
N.Roşiyanuya görə, istisnalığı vurğulayan elementin (“heç
vaxt olmadığı kimi” - T
2
) daxil olması ilə yeni giriş formulu əmə
lə gəlir. Girişdə qeyd olunan ifadə işlənməsə də, söyləniləcək
nağılın əwəlində məhz həmin nağılın məzmunundan irəli gələn,
təxmini tanışlıq xarakteri daşıyan formuldan söhbət gedir. Əgər
19
söyləniləcək hadisələr çoxluq təşkil edirsə, “yaşamaq” mənasını
kəsb edən “baş vermək”, “yeri olmaq” (E2) məsdər formaları
müxtəlif zamanlarda sadalanır (121, 19). Bu zaman adətən nağıl
personajlarına aid olmayan, bəzən isə nağıl qəhrəmanları ilə bağlı
olan, ümumən hadisələri zamana yerləşdirən müstəqil formul ya
ranır. Yəni söhbət açılacaq hadisələrin əsas məğzinə keçməzdən
əvvəl informasiya xarakterli cümlələr səslənir. Bunlar isə nağıl
larda məzmun yox, forma etibarı ilə formul hesab oluna bilər.
Bu tip başlanğıc (inisial) formulu Azərbaycan və Türkiyə na
ğıllarında kifayət qədərdir: “Biri varıdı, biri yoxudu, Allah vandı,
şəriki yoxudu. Günlərin bir günündə bir Əcəm oğlu İbrahim
vandı. Onun Dostu adlı bir anası vandı. İbrahimin sənəti bu idi ki,
hər səhər çıxardı ova, ovalardı, gəlib anasıynan bir yerdə şad
ürəknən yeyərdilər. Bunlann güzəranları belə keçərdi. Elə gün ol
mazdı ki, İbrahim ovdan boş qayıda. Bir müddət belə keçdi. Bir
gün...” (32, 300); “Biri var idi, biri yox idi, iki qardaş var idi. Bu
qardaşlardan biri dövlətli, biri kasıb idi. Dövlətli qardaş sonsuz
idi. Kasıb qardaşın Güloğlan adlı bir yaxşı oğlu var idi. Dövlətli
qardaş kasıbm oğlu olduğuna görə ona paxıllıq eləyirdi...” (36,
221); “Keçmiş zamanda iki qardaş vardı. Birinin adı Əhməd, o
birinin adı Məhəmməd idi. Ata-babadan, tarix tərəqqinin tənəz
zülü-himini qoyandan bunlann mülkü-varı olub, hər ikisi də
tacirdi. Tacir o deməkdi ki, irini xırda eləmək. Yəni ki, iri mal-
lanm satıb, ləl-cəvahir eləyib gəlirdilər. Bu iki qardaş ticarətlə o
qədər məşğul oldular ki, ad aldılar, süfrə saldılar, dəm-dəsgah ba
şa çatanda baxdılar ki, bunlann bir dənə də züryəti olmadı ki, bu
qədər mal-dövlətə sahib ola. Ancaq bunlar özlərini o yerə qoy
murdular...” (74, 138) və s. Türkiyə nağıllannm başlanğıcında da
bu forma öz qüvvəsini saxlayır: “Bir varmış bir yokmuş zamanın
birində bir adam bir de kansı varmış. Bunlar Öyle fakirlermiş öyle
fakirlermişler ki sorma gitsin. İki teneke de buğdalan varmış”
(96, 335); ”Bir varmış, bir yokmuş... Evvel zaman içinde, kalbur
saman içinde, büyük bir orman kenannda, küçük bir kulübede bir
aile oturuyormuş. Erkek, balta girmemiş ormandan odun keserek
20
uzak şehirlere götürüb satar, böylece ailesine bakarmış. Kadm da
ormandakı çağlayandan eve su taşır, ağaçlardan meyve toplar,
küçük tarlalannda yetişdirdikleri sebzelerden yemek yaparmış”
(98, 98). Sadalanan formullar, o cümlədən yaradılışa Allahdan
başqa heç bir şərikin qoşulmamasmı ifadə edən qəlib ifadələr
daha çox sehrli nağıllara xarakterikdir.
M.Gökçəoğlunun topladığı “Dev kızı” nağılında qısa bir tə-
kərləmədən sonra bir qoca qan ilə onun tənbəl oğlundan danışı
lır: “Zamanın birində bir kocakarı varmış. Kocakarı oğluyla ya
şarmış. Oğlan çok tenbelmiş. Kendisini ayakyoluna bile anası
götürürmüş. İşini bitirdiğinde donunu kocakarı çekermiş. Yerine
yattığmda yerinden kımıldamazmış. Sinekler üzerine üşüşürler-
miş. Vaz vaz elini, yüzünü yerlermiş. O kadar çok tenbelmiş ki
yemeği bile anası yedirirmiş...” (86, 32). N.Roşiyanunun forma
sına görə formul hesab etdiyi bu tip cümlələr abzasla nağılların
digər hissələrindən ayrılır. Azərbaycan və Türkiyə nağıllarından
gətirilən bu formul nümunələrinin nağılların məzmunu ilə bağlı
olduğundan fərqli şəkildə olduğu nəzərə çarpır.
Başlanğıc (inisial) formulunun tipik elementi olan ’’Biri var
idi, biri yox idi” (E2-nin inkarı - E2V) söylədiyimiz formul növünə
aiddir. Nəqli və ya şühudi keçmiş zamanda işlədilən bu klassik
formul nümunəsi demək olar ki, bütün dünya xalqlannm, həm
çinin Azərbaycan və Türkiyə xalqlarının nağıllarının başlanğıcı
üçün xarakterik elementə çevrilib. Məsələn, “Biri varıdı, biri yo
xudu, Hacı İsmayıl adında bir sövdəgər var idi” (32, 95); “Biri var
idi, biri yox idi. Məhəmməd adlı kasıb bir kişi var idi” (31, 361);
“Biri vardı, biri yoxdu, keçmiş zamanda bir şah vardı” (74, 38).
Səməd Behrənginin Cənubi Azərbaycandan topladığı nağıllarda
sözügedən formul tipinin “Bir gün vardı, bir gün yoxdu” forma
sından istifadə olunub. Türkiyə nağıllarında da bu formullar ox
şardır: “Biri varmış, biri yokmuş, çok esgi zamanlarda bir padişah
vardı” (81, 28); “Biri varmış, biri yokmuş. Zamanın birinde bir
padişah varmış” (96, 26); “Zaman zaman içindeymiş. Bir varmış
iki yokmuş, İllahdan başqa bir padişah vamuş“ (85, 260); “Bir
21
varımış bir yoğumuş. İhdiyar bir adamılan üç oğlu vanmış” (102,
40) və s. Güman etmək olar ki, bu cür ənənəvi başlanğıc (“Biri
var idi, biri yox idi”) formulunda söhbət açılacaq hadisələrdə həm
tarixi həqiqətlərin, həm də uydurma elementlərin olduğu
göstərilir. Nağıllarda yalanın gerçəkdən çox olması isə daha çox
vurğulanır: “Bir varmış iki yokmuş. Zamanın içinde yalan dolan
çokmuş” (86, 96); “Vanyclı yoxuydu, yalan gerçəkdən çoxuydu”
(46, 142) və s. Kərkük nağıllarında “biri var idi, biri yox idi”
formulunun qeyri-müəyyənlik bildirən hissəsi düşür və “var idi,
yox idi” şəklində işlədilməsi diqqəti cəlb edir (68, 106).
Bəzən yuxarıda söylənilən formul nümunələri birləşir və
mürəkkəb (qarışıq) başlanğıc formulu yaranır. Məsələn, “Biri
vardı, biri yoxdu, keçmiş zamanda bir şah vardı. Şahın adı ya
dımdan çıxıb. Bu şah elə bir şah olub, adı-sanı aləmi tutub” (74,
38). “İlyasın” nağılında qısa bir söz oyunundan sonra “Günlərin
bir günündə, Məmməd Nəsir tinində, biri varıdı, biri yoxudu,
Göy İmamın belində, mən çox şilaşı yemişəm, heç belə yalan
söyləməmişəm” formulundan istifadə olunur. (31, 104); “Biri
varmış, biri yokmuş, zamanın birinde bir akıllı, bir deli kardeş
varmış” (81, 20); “Gel zaman, git zaman, zamanlardan bir za
man, bir varmış, bir yokmuş, Allahın kullanndan başqa kimse-
cikler yokmuş, diyerek başlayalım masalımıza. Vaktin birinde
bir ebe varmış...” (85, 302); “Bir varmış, bir yokmuş. Evvel za
man içinde bir adamla bir kadın varmış. Evliymişler. Gel zaman
git zaman bir çocukları olmuş...” (86, 200) və s. Göründüyü
kimi, sadalanan formullar bəzi dəyişikliklər olsa da, oxşardır.
Həm Azərbaycan, həm də Türkiyə xalq nağıllarmdakı for
mullarda söylənilən olayların tarixi dəqiq göstərilmir, ancaq əh
valatların lap qədim dövrə aid olması tez-tez vurğulanır. “Yüz-
lerce sene evvel Karpazdakı bir köyde babamın büyük halası ya
şardı” (102, 147); “Bizim bilmediğimiz çok eski olmayan za
manların birinde, köylerden şirin mi şirin bir köyde, yaşamakta
olan ailelerden biri de Keloğlan ile anasıymış” (137); “Biri var
dı, biri yoxdu, çok çok esgi zamanlarda bir padşah varmış” (81,
22
29); “Biri var idi, biri yox idi, keçmiş qərinələrdə Əhmədi-Cek-
kaş adında birisi vardı” (33, 321); “Belə rəvayət edirlər ki, əyya-
mi qədimdə bir padşah vardı” (34, 241); “Heç kimin yadına
gəlməyən bir zamanda bir keçəl vardı adı da qaravul Məmi Qa
ra” (45, 372); “Keçmiş qədimlərdə Qoquz adında bir padşah var
mış” (37, 146). Bu tip ənənəvi formullar nağıl janrının özünün
qədim tarixə malik olduğunu sübut edir.
Nağıl söyləmə ənənəsində qədim dövrlərdə toplanmış na
ğılların (bunlar məzmunundan və ifadələrin, sözlərin işlənmə
tərzindən bəlli olur) söyləyiciləri o dövrün həyat tərzini və
baxışlarını göstərir, müasir söyləyicilər isə dəyişən dünyanın,
müasir dövrün izlərini nağıllarda əks etdirirlər. Belə nağıllarda
uçan xalça təyyarəyə çevrilir, yeni dövrün coğrafi xəritəsindəki
yer adları, dövriyyədə olan yeni pullardan danışılır. Bu özünü
ənənəvi formullarda da göstərir. Məsələn, “Bir varmış bir yoğu
muş. Varımış bir gocagarı. Süpüre süpüre bir onnuk bulmuş”
(102, 127); “Biri vardı, biri yox idi. Allahdan başqa heç kim
yoxdu. Hindistanda bir paççah varıdı. Adma Yunan deyərdilər.
Yunanın gözünün ağı-qarası bir qızı varıdı. Heç oğlu yox idi. Bu
qızı qoymuşdu məktəbə” (31, 179).
Ənənəvi formulların nağıllardakı rolunu araşdıran İ.A.Razu-
mova onların ünsiyyət yaratma və əlamət fiınksiyalanyla yanaşı,
informativ funksiyasının olduğunu da vurğulayır. Bu mənada
başlanğıc formullarının əhəmiyyəti çoxdur: fəaliyyət göstərən
şəxslərin və daxili hadisələrin baş verdiyi yerin və zamanın (nağıl
universumunun əsas parametrləri) göstərilməsi və s (122, 74-75).
N.Roşiyanuya görə, digər başlanğıc (inisial) formulu nağı
lın həqiqiliyinin birbaşa təsdiqindən ibarət bir elementlə (əgər
olmasaydı, danışmazdılar-V) əmələ gəlir. Bu formul söylənilə
cək hadisələrin dürüstlüyü arqumentindən təşkil olunan “məntiqi
deduksiya” dan ibarətdir (121,21). Həqiqiliyi vurğulayan sözlə
rə nağılların girişində az rast gəlinir. Əsasən slavyan mənşəli
xalqların nağıllarına xas olan bu cəhət daha çox Azərbaycan və
Türkiyə sehrli nağıllarının sonunda tətbiq olunur. Hər iki xalqın
23
nağıllarında “əgər olmasaydı, danışmazdılar” elementi ilə təsdiq
olunanları inkar edən amillər mövcuddur. Məsələn, “birələr qoz
qabığında yaşayanda”, “siçanlar pişikləri yeyəndə”, “ağcaqanad
lar divarda yazanda” və s. Belə ki, hadisələrin səhihliyi, təhkiyə
nin dürüstlüyü reallıqdan uzaq, qeyri-mümkün zamanın məntiqi
təsviri ilə inkar olunur. İstedadlı söyləyicilər bu yeni aspekti
formula birbaşa yox, dolayı yolla, metafora ilə daxil edir. Həm
çinin gündəlik həyatda rast gəlinən real münasibətlərin dəyişdi
rilməsi, inkarı bu formula əlavə oluna bilər. Bu cür inversiyalar
Şərq nağıllarında saysız- hesabsızdır.
N.Roşiyanu müxtəlif xalqların nağıllarında “yumurtalar bu
zun üstündə bişəndə”, “gecə gündüzdən başlayanda”, “siçan dəl
lək olanda” (Rumıniya), “mən atamin qızı, atam mənim qızım
olanda”, “mən atamın və anamın beşiyini yırğalayanda”, “qurd
keçi qiymətinə satılanda”, “şir qoruqçu olanda” (Türkiyə), “buğda
buz üstündə bitəndə”, “tısbağalar özünə qanadlar düzəldəndə”
(Tatarıstan), “xoruzlar zabit olanda”, “toyuqlar tərcüməçi olanda”
(Başqırdıstan), “keçinin buynuzu göyə söykənəndə, dəvənin qısa
quyruğu yerlə sürünəndə” (Tuva), Azərbaycan nağıllarında isə
“qarpızları xoruzun belində səpəndə”, “dəvənin quyruğu yerə
dəyəndə” və sairə bu kimi metaforik ifadələrdən istifadə olundu
ğunu vurğulayır (121, 28-29). Bu tendensiya başlanğıcda söylə
nilən ritmik söz oyununda (təkərləmədə) özünü bariz göstərir.
Ritmik söz oyunu söyləyicilərin ustalığına və dinləyicilərin
istəklərinə uyğun olaraq, nağılların girişində uzun və ya qısa şə
kildə deyilir. P.Boratava görə, nağılın əvvəlindəki söz oyunları
günlük həyatımızın ölçülərinə sığmayan, olmayacaq işləri olacaq
sayan bir nağıl dünyasına ayaq basacaq dinləyicini həqiqət ha
vasına alışdırmaq üçün bir giriş, hazırlıq və dəvətdir. Söyləyici
dediklərinin bir oyun, yalan olduğunu açıqcasına da söyləyir: “si-
neye vurdum palanı, dinletim mi sana bu коса yalanı”, “o yalan,
bu yalan, fili yuttu bir yılan, bu da mı yalan?”, “ ...gerçeğe çe-
virelim bu düzdügüm yalanı”, “hikayedir bunun adı, söylemekle
çıkar tadı” kimi sözlər bu məqsədi bəlli edir (92, 32-33). Bəzi
24
Türkiyə araşdırıcıları kimi, P.Boratav da təkərləmə ilə formul
terminini eyniləşdirir. “Nağıl təkərləməsi nağılın başında, uyğun
yerində və sonunda söylənən yerinə görə uzun və ya çox qısa
qəliblənmiş bir neçə söz qrupudur. Nağılçı dağarcığmda bu qəlib
sözləri lazım olan yerdə yararlanmaq üçün saxlayır. Yaxşı nağılçı
təkərləmələrin yerində və ölçüsündə istifadəsini bilir” (89, 76-77).
Azərbaycan və Türkiyə nağıllarının başlanğıcında bu cür
absurd situasiyalar, yalanlamalar bəzi istisnaları saymasaq (mə
sələn, “hamam-hamam içində, xəlbir saman içində, dəvə dəllək
lik edər, köhnə hamam içində”), fərqli şəkildə mövcuddur. Mə
sələn, “Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman
içində, dəvə dəlləklik edər köhnə hamam içində. Qarışqa şıllaq
atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçmm baltası.
Orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şilaşı
yemişəm, heç belə yalan deməmişəm” (33,163); “Həkatı-hükatı.
İldə verər yeddi tavar zəkatı. Boyaqçı küpün açdı, boyadı məm
ləkəti. Milçək mənzilli Kür keçdim. Yaba ilə dovğa içdim. Bu
boyda yalan görməmişdim... Belə rəvayət edirlər ki, müsəlman
ölkəsində çox varlı bir sövdəgər var idi” (15, 141). Bu təkərlə-
mənin oxşar variantlarına Türkiyə nağıllarında çox rast gəlinir,
məsələn, M.Gökçəoğlunun Kıbrısdan topladığı nağıllarda “Ev-
vel zaman içində, kalbur saman içində. Develer cirit oynarken
eski hamam içində. Var varanın sür sürenin. Baykuşu çok olur
eski viranenin. Bir varmış iki yokmuş. Allahın kulları çök
müş...” (85, 225). Bəzi ifadələrin üst-üstə düşdüyü bu formullar
da ortaq özəlliklərin olduğu bir daha sübut olunur. Məsələn,
“Dedem Korkutun dediği gibi: yıllar önce, develer tellal iken,
ben babamın beşiğini sallar iken, doğruluklar ülkesinde insanlar
mutluluk içinde yaşaryormuşlar. Tüm insanları mutlu etmenin
yolunu bulmuş olduğu için herkes Kralı çok seviyormuş” (136).
Azərbaycan folklor nəzəriyyəçiləri nağılların bir qayda ola
raq, müqəddimə ilə başlandığını söyləyirlər. Əsasən yazılı ədə
biyyatda müqəddimə kimi təqdim edilən nağıl janrının əvvəlin
dəki ritmik söz oyunları sadəcə nağıla məxsus və yalnız nağıl
25
üçün yaradılmış olanları olduğu kimi, başqa janrlardan, aşıq
şeirindən, xalq mahnılarından, tapmacalardan, məddah hekayə
lərindən nağıla keçənləri də var. Ancaq nağıl sicilləmələrinin hər
hansı janrdan xalq ədəbiyyatı vasitələrinə qatılmış olsa da, bir
çox ölçü, anlatma və daxili özəlliklərilə onlardan ayrılır. Bəzi tə-
kərləmələr isə müstəqil olaraq da varlıqlarını göstərirlər. Bəzi
tədqiqatçılardan fərqli olaraq (onlar təkərləmələrin formullardan
ayrıldığını söyləyirlər), bütün nağıl formullarını təkərləmə ad
landıran P.Boratav hesab edir ki, təkərləmələr baş-qafiyələr və
qafiyələrlə əldə edilən səs oyunları və çağırışmalarla bir-birinə
bağlanmış, bəlli bir şeir düzənində uydurulmuş, bir-birinə zidd
düşüqcələri, olmayacaq hallan bir araya yığıb, məntiqdən uzaq
bir sıra nəticələr əldə etməklə heyrətləndirici bir təsir yaradır.
Quruluşu və mövzusu baxımından bu özəlliklər təkərləmələrin
əsas vəzifələrini bildirir: O, gözlənilməz xəyal oyunlarının boşa
çıxmasıyla təəccübləndirmək, əyləndirmək üçün istifadə olunan
söz “canbazlığı” dır” (93, 135). Həmçinin başqa epik janrlarda
olduğu kimi, bu söz oyunu təhkiyəyə dinləyiciləri hazırlayan bir
giriş, ya da sözü danışılan xüsusi situasiyaların bir izahı vəzifə
sini görür. O, təkərləmələri dörd növə bölür:
1. Nağıl təkərləmələri,
2. Oyun təkərləmələri,
3. Mərasim təkərləmələri,
4. Müstəqil “söz canbazlığı” dəyərində təkərləmələr (93,
134-135).
P.Boratava görə, nağılların həm girişindəki, həm də ortasın
dakı təkərləmələr (formullar) aşağıdakı mövzuları əhatə edir:
Dostları ilə paylaş: |