Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   2   3   4   5   6   7   8   9   ...   78


З
?
Yəni  bir  qayda  olaraq,  söyləyici  öz  nağılım  zamana  (T)  və 
ya  məkana  (S),  yaxud  zamana  və  məkana  (TS)  yerləşdirir. 
Başlanğıc  (inisial)  formulunun  ilkin  funksiyaları  bunlardır (121, 
18). Bu baxımdan alimlərin fikirləri üst-üstə düşmür.
Nağılları tarixi həqiqət və ya tam uydurma hesab edən folk- 
lorşünaslar  nağılların  başlanğıc  formulları  barədə  fərqli  düşü­
nürlər.  Rusiya  folklorşünası  İ.Razumovaya  görə,  nağılların 
bütün  zaman -  məkan  xüsusiyyətləri  sistemi  ənənəvi  formullar­
da  toplanır.  Nağılların  zaman  -   məkan  formulları  bütün  formul 
stereotipləri  arasında  birinci  yerdə  yerləşir,  çünki  onlar  nağıl 
dünyasının  daha  vacib  koordinatları  ilə  bağlıdırlar  (122,  71). 
E.M.Meletinskiyə  görə,  nağıllarda  uydurmaya  və  əfsanəviliyə 
meyl  məhz başlanğıc  və  sonda  göstərilir.  Bu qeyri-müəyyən  za­
man  və  məkan  kateqoriyaları  vasitəsi  ilə  formalaşır  (122,  76). 
P.Yakimov  “Nağıllarda  və  bayatılarda  bədii  zaman”  əsərində 
qeyd edir:  “Nağılları həqiqət dünyasından uzaq hesab edən araş­
dırıcılar  nağılların  süjetindəki  zaman  və  məkanın  da  həqiqətə 
uyğun olmadığını hesab edirlər.  Yəni nağıllar heç nə ilə, yəni za­
man  və  hadisələrin  yoxluğu  ilə  başlayır”  (139).  Fikrimizcə,  za­
man  və məkan nağıllarda dəqiqliklə  göstərilməsə  də,  sözügedən 
formullarda müəyyən  tarixi  həqiqətlər  tapmaq  mümkündür.  Na­
ğılların  zamanının  və  məkanının  dəqiq  göstərildiyini  söyləyən 
N. Roşiyanu onları aşağıdakı  şəkildə göstərir:

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin