Qəhrəmanın yaşadığı sarayları, bağ-bağatları təsvir edən form ullar 1.37. Bu elə bir saraydır ki, ayağı yerdən nəm çəkir, başı
buluddan.
1.38. Çəməni basəfa yerdə düşdülər. Bura heç gördüyün ye
rə oxşamır, hər tərəf gül, çiçək, ağaclar baş çəkib ərşəfələyə,
bülbüllər cəh-cəh vurur, vallah deyəsən bura cənnətin bir guşəsi-
di. Hər aşiq öz yarına min dilnən naz eyləyir (32, 41).
1.39. O getdi, mən getdim, axırda gəlib çıxdıq dağın döşün
də bir açıqlığa. Gördüm bura basəfa bir yerdi. Sular şırhaşır hər
tərəfdən axır, bülbüllər cəh-cəh vurur, güllər pəh-pəh verir. Val
lah bir yerdi, deyirsən, cənnətin bir guşəsidi. Dünyada nə qədər
174
gül-çiçək varsa, hamısından burda var (33, 118). 1.40. Bağ nə
bağ, şair gərək ki, onu tərif eləsin. Ağaclar baş çəkib ərş- fələyə,
hər tərəf çəməni-basəfə, çiçəklərin ətrindən qann doyur, insan az
qalır bihuş olsun. Suların şırıltısı, quşların nəğməsi, bülbüllərin
cəh-cəhi insanı valeh edir (33, 234).
1.41.
Bağın adı xəzan bağı idisə də, amma bahar bağından
da gözəl idi. Hər tərəfdən sular gülab kimi axırdı. Bülbüllər cəH-
cəh vururdu, güllər rəngbərəng çalırdı. Vallah, deyirdin Gülüs-
tani-İrəmdən bir parçadı. Hər şey öz məhbubunu yad eləyib öz
dilində, öz aşiqinə raziniyaz edirdi (32, 238-239).