Qızılın və gümüşün semantik cütlüyü olan formullar
1.46. O imarət üç mərtəbə olsun. İmarətin bir kərpici qızıl,
bir kərpici gümüş, eyvanı da on altı sütunlu olsun (39, 228).
1.47. Sarayın daşının biri qızıl, biri gümüşdəndir (46, 145).
1.48. Qız baxdı ki, nə... oğlanın başımn bir tərəfi qızıldı, bir
tərəfi gümüş. Qız min ürəkdən bir ürəyə vuruldu oğlana (31, 124).
2.
Personajların hərəkətini, fəaliyyətini təsvir edən for
mullar
2.1. Mələk xanım alıb paltarı başdan geyinib ayaqdan qıfıl
landı, ayaqdan geyinib başdan qıfıllandı, əlinə əsa alıb, altdan
qılıncını bağladı, qulu götürüb çıxdı küçəyə... (31,315).
2.2. Məlik Əhməd altdan geyinib, üstdən qıfıllandı, üstdən
geyinib altdan qıfıllandı, qılıncı bağladı, qalxanı götürdü, düşdü
yola (32, 274).
2.3. Keçəl bərkitdi çarıqların dabanın, qırdı yerin damarın
günə bir mənzil gedib bir şəhərə çıxdı (33, 258).
2.4. Asiman düşdü yolun ağına, gəmilər mindi, dəryalar
keçdi, cəzirələr aşdı, uzaq yolu yaxın elədi, axır, gəlib öz ölkəsi
nə çatdı (33, 99).
2.5. Keçəl bərkitdi çarıqların dabanın, qırdı yerin damarın
günə bir mənzil gedib bir şəhərə çıxdı (33, 258).
2.6. Asiman düşdü yolun ağına, gəmilər mindi, dəryalar
keçdi, cəzirələr aşdı, uzaq yolu yaxm elədi, axır, gəlib öz ölkəsi
nə çatdı (33, 99).
2.7. Atı minib, quyuya gedib alt paltarı geyinib, yaraq əsba-
bını taxdı, al ələmini götürüb qara atı mindi, yola düşüb cədələ
gəldi. Bir dövrə vurub qılıncını siyirdi, bir nərə çəkib padşahın
oğlu tərəfə atı çarpdı (62, 16).
2.8. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər
kimi, ata bir mahmız vurdu, atın quyruğu oldu ələm, qulaqları
oldu qələm. Ayaq üzəngidə, diz qabırğada, özünü yetirdi bir çə
mənin qırağına... (32, 300).
177
2.9.
Bəli, Hatəm çəkib çarığın dabanım, qırıb yerin am anı
nı, günə bir mənzil, təyyi-mənazil, nağıllarda mənzil olmaz; az
getdi, üz getdi, dərə-təpə düz geti, bir neçə gündən sonra gəldi
çıxdı həmin dərviş nişan verdiyi yerə (32, 28). 2.10. Hatəm də
rələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi, dağla
rın dabanıynan, yolların kənarıynan, gündə bir mənzil, teyyi-
mənazil bir müddət sonra gəlib çıxdı həmin kor padşahın vilayə
tinə (32, 33).
Dostları ilə paylaş: |