Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə300/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   296   297   298   299   300   301   302   303   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
231 
Xalq  təbabətində  isə  istiot  yarpızından  sakitləşdirici, 
ödqovucu,  ürək  sancısı,  revmatizm,  vəba  və  s.  xəstəliklərin 
müalicəsində  istifadə  edilir.  Cövhəri  ağızda  əmələ  gələn 
iylərin  aradan  qaldırılmasında  işlədilir.  Göstərdiklərimizdən 
başqa,  cövhərindən  hemoroid,  kəskin  başağrıları,  təzə 
yarpaqlarını  ağrıyan  nahiyəyə  düzməklə,  ürəkbulanma, 
qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində 
istifadə  edilir.  Yarpağından  hazırlanan  cövhərindən  və 
çaylardan  mədə  turşuluğunun  artırılmasında,  öd  kisəsi 
ağrılarının  qarşısının  alınmasında  işlədilir.  Efir  yağından 
dezinfeksiyaedici,  təravətgətirici,  müalicəvi  çay,  ətirli  su, 
şirə və s. hazırlanır. 
Dəmləməsi  böyrəklərdə,  oynaqlarda,  sidik  yolunda 
duz,  kirəc,  daş  olan  xəstələrə,  mədə-bağırsaq,  sinə  nahiyəsi 
ağrılarına  yaxşı kömək edir, qan dövranını tənzimləyir. Yu-
xusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) 
yatmazdan  əvvəl  yarpızı  qaynadıb  suyunda  vanna  qəbul  et-
mək məsləhətdir. 
Özünəməxsus  ətri  və  təravəti  ilə  məşhur  sayılan  istiot 
yarpızının  yağından  qənnadı  fabrikində,  ətriyyat,  kosmetika 
sahəsində,  diş  pastalarının  və  eləcə  də  müxtəlif  növ  ətirli 
sabunların hazırlanmasında geniş istifadə edilir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin