Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə317/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   313   314   315   316   317   318   319   320   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
244 
həmişə nəm olduğundan buna cincilim «mokrisa» deyilir. 
Cincilimdən  hazırlanan  preparatlar  vitamin,  bakterio-
sid,  soyuqdəymə,  damargenişləndirmə,  qan  təzyiqini  aşağı 
salma, sidikqovucu, ödqovucu, qankəsici, yarasağaldıcı və s. 
xüsusiyyətlərə malikdir. 
Bitkinin yaşıl hissəsində 13.9-65 mq% C vitamini, 23-
44  mq%  karotin,  göy  boyaq  maddəsi,  efir  yağı  və  s.  bir-
ləşmələrin  olması  yaz  aylarında  orqanizmdə  avitaminoz  ol-
duğu halda daha qiymətlidir. 
Azərbaycan xalq  təbabətində cincilimin su ilə  qarışdı-
rılmış  şirəsi  mədə-bağırsaq  xəstəlikləri  zamanı  ağrıkəsici 
kimi  işlədilir.  Amerika  əczaçılıq  firmalarının  hazırladığı 
dərman  preparatı  maddələr  mübadiləsinin  pozulması, 
xüsusilə şəkər xəstəliyi zamanı, ciyər və dəri xəstəliklərində 
–  qaşınma,  sızanaq,  səpmə,  əsəb,  çiban,  ekzema,  artrit 
zamanı  oynaqların  iltihabı  və  s.  xəstəliklərdə  geniş  tövsiyə 
edilir.  Fitoterapevtik  proqramları  həyata  keçirilən  başqa 
preparatlarla  yanaşı,  özünü  iştahı  azaltmaq  xüsusiyyətilə 
kapsulaları  çəki  azaldan,  piylənmənin  qarşısını  almaq  üçün 
geniş istifadə olunur. Qızdırmanı salmaq, orqanizmdə qanın 
keyfiyyətini  yaxşılaşdırmaq  və  sakitləşdirici  kimi  də  böyük 
təsir gücünə malikdir. 
Azərbaycanda hələ qədim zamanlardan cincilimdən ər-
zaq  məhsulu  kimi  geniş  istifadə  olunmuşdur.  Əsasən  qutab 
və dovğada işlədilir. Hazırda xalq arasında cincilimdən müx-
təlif xörəklər hazırlanır. Cincilimdən qutab, dovğa, salat, göy 
borş və s. hazırlanmasında da istifadə edilir. 
Kimyəvi tərkibi tam öyrənilmişdir. Yaşıl hissəsinin tər-
kibində  65  mq%  C  vitamini  və  23  mq%  karotin  maddəsi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin