Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə314/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   310   311   312   313   314   315   316   317   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
242 
larına  əlavə  edirlər.  Balıqçılar  tutduqları  balıqları  xarab 
olmamaq üçün gicitkən bitkisi ilə örtürlər. 
Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə 
çatan ən faydalı yeməli bitki olmuşdur. 
Respublikamızın  böyük  gicitkən  ehtiyatına  malik  ol-
masına baxmayaraq, təəssüflər olsun ki, bu bitkinin qeyd et-
diyimiz faydalı xüsusiyyətlərindən hazırkı dövrədək istifadə 
edilməmişdir. 
İnsanlar  gicitkəndən  çox  qədim  zamanlardan  müalicə 
məqsədləri  üçün  geniş  istifadə  etmişlər.  Dioskorid  və  Hip-
pokrat  gicitkənin  müalicəvi  xüsusiyyətlərini  çox  yüksək 
qiymətləndirmişlər.  Qiymətli  qida  maddələri,  zəngin  duz 
elementləri  və  vitaminlərdən  ibarət  olan  gicitkəni  qiymətli 
dərman bitkisi kimi səciyyələndirirlər. 
Elmi  təbabətdə  gicitkəndən  qankəsici,  xroniki  mədə 
yaralarının, qara ciyərin müalicəsində istifadə olunur. 
Xalq təbabətində isə bitkidən daha geniş istifadə edilir. 
Belə  ki,  gicitkəndən  hazırlanmış  cövhərdən  ürək,  böyrək, 
qaraciyər  xəstəliklərində  Qan  azlığında,  qastritdə  daxilə 
qəbul  etməyi  məsləhət  görürlər.  Onun  ekstraktı  ilə  başı 
yuyub tüklərin dibini bərkidir və tökülməsinin qarşısını alır. 
Gicitkən  qan  dövranını  tənzimləyir,  saçın  möhkəmli-
yinə,  tökülməməsinə  və  uzanmasına  səbəb  olur.  Qalxana-
bənzər  vəzinin  normal  inkişafım  aktivləşdirir,  ürək-damar 
fəaliyyətinə,  nəfəs  borusuna  yaxşı  təsir  edir.  O,  mədə-
bağırsaq,  daxili  qanaxma,  dişdibi  ətləri  xəstəliklərinin  müa-
licəsində  əhəmiyyətlidir.  Gicitkənin  həlimini,  dəmləməsini 
içmək  və  onu  bişirib  tünd  sarımsaqlı  qatıqla  yemək  bütün 
daxili  xəstəliklərə,  şişlərə,  bağırsaqlardakı  qurdların  tökül-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin