Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə322/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   318   319   320   321   322   323   324   325   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
249 
Cinsi meylliyi artırmaqdan ötrü vəzəri toxumunu döyüb yarı 
bişmiş  yumurta sarısı  ilə qəbul etmək  lazımdır. Vəzəri həm 
də  yaxşı  iştah  gətiricidir.  O,  mədə  qıcqırmasının  ən  yaxşı 
dərmanı  hesab  olunur.  Ona  görə  də  salatlarda  və  ya  ayrıca 
süfrəyə verilir, müxtəlif xörəklərə əlavə edir. 
Vəzəri  (acıtərə)  ilin  bütün  fəsillərində  il  boyu  becəri-
lən, süfrəmizi bəzəyən, həm də dərman bitkisi kimi köməyi-
mizə  gələn  tərəvəzdir.  Tez  yetişkənliyi  və  soyuğa  davam-
lılığı onu istənilən şəraitdə əkməyə imkan verir. Elə bir bitki 
tapmaq  sətindir  ki,  vəzəri  kimi  toxumunu  səpdikdən  10-15 
gün  sonra  məhsulu  yığılsın.  Onun  cücərtisi  cəmi  2-3  günə 
torpağın səthinə çıxır. Məhsuldar bitkidir, asan həzm olunur. 
Vəzəriyə  yaxın  növlərdən  su  tərəsi  də  faydalı  maddələrlə 
zəngin  müalicə  əhəmiyyətli  bitkidir.  Axar  sularda  və  ya 
suzaq  yerlərdə  bitir.  Su  tərəsi  tərkibi  C  və  A  vitaminindən, 
kükürdlü  birləşmələrdən,  mineral  duzlardan  ibarətdir.  O, 
yaxşı  iştahaçıcı  həzmin  gücləndirici  vasitədir.  Acıtərənin 
(vəzərinin)  yarpaqlarının  şəklinə  görə  iki  növü  vardır:  1. 
Dilimli və qırışıqlı, 2. Tam yarpaqlı vəzəri. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin