Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə323/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   319   320   321   322   323   324   325   326   ...   403
 
Keşniş 
 
Keşniş  cinsinin  dünya  florasının  tərkibində  2  növünə 
rast  gəlmək  olar.  Azərbaycanda  bir  növünə:  əkilən  keşnişə 
rast gəlinir. 
Keşnişin toxumlarından 0,6-1 %-ə qədər rəngsiz və ya 
sarımtıl  rəngdə  efir  yağı  alınır.  Onun  tərkibində  15-20% 
piyli yağ, 11-17 % zülal maddələr, üzvü turşular, C vitamini, 
aşı maddəsi, şəkər, nişasta və s. tapılmışdır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
250 
Azərbaycan ərazisində çox qədimlərdən bəri becərilən 
keşniş  özünün  xoş  ətiri  ilə  seçilir.  Keşnişin  toxumları  əd-
viyyə  kimi  kolbasa,  Pendir,  çörək-bulka,  qənnadı  məhsul-
larına və eləcə də ət, balıq, müxtəlif tərəvəzlərdən hazırlanan 
xörəklərin,  xiyar,  pomidor,  kələmdən  tutulan  turşuların 
tərkibinə ətir, xoş tam vermək üçün əlavə edilir. 
Keşniş  efir  yağından  ətriyyat,  kosmetikada  sahəsində, 
texnikada  və eləcə də sabunbişirmədə,  tütünçülük, toxuculu 
sənayesində və s. istifadə edilir. 
Keşniş  toxumu  xroniki  mədə-bağırsaq  xəstəliklərində 
iltihab götürən maddə, şirəsi ifrazı artıran və həzm prosesini 
yaxşılaşdıran  vasitə  kimi  də  xeyirlidir.  Keşniş  toxumları 
böyrək  xəstəlikləri,  öd  kisəsi  iltihabında  da  müsbət  təsirə 
malikdir. O, eyni zamanda ağrıkəsici dərman kimi faydalıdır.  
Toxumunun  dəmlənməsi  və  otunun  bişirilməsi  qusma 
zamanı  xeyirlidir.  Cirə  ilə  qarışdırıb  yedikdə  mədəni  güc-
ləndirir,  hıçqırığı  aradan  ötürür.  Şirəsi  ilə  qarqara  etdikdə 
ağızdakı sızanaqlar  və zədələr  yaradan mikroblara öldürücü 
təsir göstərir, damağı  möhkəmləndirir, diş əti qanaxmasının 
qarşısını alır, diş ağrısını sakitləşdirir. 
Bununla yanaşı, Şərq təbibləri keşnişə çox meyl etməni 
məsləhət  görmürlər.  Onların  fikrincə,  keşniş  hafizəyə  və 
cinsi  fəaliyyətə  zərərlidir.  Onda  məstedici  xassə  vardır. 
Keşnişin  toxumlarını  əzib  toz  halına  salıb  qarın  köpündə 
qəbul  edirlər.  Toxumunun  həlimi  qusma  əleyhinə  içilir. 
Keşnişdən  alınan  efir  yağı  antiseptik,  ağrıkəsici  və  həzm 
orqanlarının fəaliyyətinə qüvvətləndirici təsir göstərir. Uşaq-
larda  tez-tez  baş  verən  qarın  ağrılarında  keşnişin  meyvəsini 
nanə yarpağı ilə qarışdırıb çay dəmləyir və xəstəyə içirdirlər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin