Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə331/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   327   328   329   330   331   332   333   334   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
258 
qızdırma,  soyuqdəymə,  sancmalar  və  s.  kimi  xəstəliklərin 
müalicəsində istifadə olunur. 
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bit-
kidir.  Onun  tamı  azca  acımtıl,  qısamüddətli  şirintəhərdir. 
Reyhanın  bir  çox  növləri  xoş  iyinə  görə  mixəyi  və  muskat 
qozunu xatırladır. 
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor, 
kərəviz  və  s.  ətir,  dad  vermək  və  vitaminlərlə  zənginləş-
dirmək  üçün  reyhandan  qatqı  kimi  istifadə  edilir.  Reyhan 
yayda hazırlanan bir çox xörəklərin – sup, dovğa və s. tamlı 
və  ləzzətli  yeyilməsi  üçün  əlavə  qatqı  kimi  də  istifadə 
olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudu-
lur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd əngli şü-
şə  qablara  doldurulur.  Əsasən  qış  aylarında  göy-göyərti 
azalan dövrdə xörəklərə əlavə olunur. 
Reyhan  isti  və  işıqsevən  bitkidir.  Toxum  vasitəsilə 
çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal 
və  yaxud  20-30  sentner  quru  kütlə  məhsulu  əldə  edilir  ki, 
bundan  da  50-54  kq  efir  yağı  almır.  Yaşıl  kütlə  kölgədə  və 
yaxud  32-35°  temperaturda  xüsusi  quruducu  şkaflarda 
qurudulur  və su buxarı  vasitəsilə qoyub efir  yağı alınır. Bir 
hektardan  3-4  sentner  toxum  əldə  olunur.  Ətriyyat  və 
kosmetika  sahəsində  reyhan  cinsinin  yevgenol  növündən 
alınan efir yağından geniş istifadə edilir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin