Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə311/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   307   308   309   310   311   312   313   314   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
239 
Tərxun 
 
Tərxun  çoxillik  ot  və  ya  yarımkoldur.  Onun  yerüstü 
hissəsindən  alınan  efir  yağı  təbabətdə  geniş  istifadə  edilir. 
Çox qədimdən isitmə-qızdırmaya, mədə-bağırsağa, yelə və s. 
qarşı  tətbiq edilir. Bu  məqsədlə,  yovşan bitkisinin becərilən 
tərxun növündən geniş istifadə olunur. 
Tərxun  qədim  dövrlərdən  başlayaraq  hazırki  dövrə 
qədər  bir  çox  ölkələrdə  ədviyyə  bitkisi  kimi  əkilir.  Bunun 
yaşıl  hissəsinin  tərkibində  efir  yağı,  aşı  maddəsi,  acı  qlü-
kozid, qatran, karatinoid, C vitamini, flavonoid birləşmələri, 
yaşıl  xlorofil  və  s.  maddələr  vardır.  Tərxundan  müqavimə-
tartırıcı,  iştahartırıcı,  həzmyaxşılaşdırıcı  kimi  istifadə  edilir. 
Xalq  təbabətində  tərxundan  hazırlanan  cövhərlərdən 
damarların  divarlarının  möhkəmləndirilməsində,  diş  qanax-
malarında və s. istifadə edilir. 
Bunun  yaşıl  hissəsindən  alınan  efir  yağından  tərxun 
sirkəsi, ədviyyə məhsullar və s. hazırlanır. Tərxun yaşıl tərə-
vəz  və  ədviyyə  kimi  müxtəlif  yeməklərə  qatılır,  təzə  halda 
yeyilir.  Göbələk,  kələm,  xiyar  və  müxtəlif  şorabaların  bağ-
lamalarında ədviyyə, qatqısı kimi istifadə olun-maqla yanaşı, 
onları  vitaminlərlə  zənginləşdirir.  İştah-gətirici  kimi  soyuq 
xörəklərə  salat  və  qəlyanaltılara  əlavə  olunur.  Təzə  və 
qurudulmuş yarpaqları sousları, ət və balıq xörəklərini tamlı 
və  dadlı  edir.  Tərxundan  qənnadı  sənayesində  də  işlədilir. 
Tərxundan yaşıl rəngli yağ, limonad və s. hazırlanır. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin