Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə307/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   303   304   305   306   307   308   309   310   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
237 
çiçək  və  köklərindən  hazırlanmış  cövhərdən  (məlhəmdən) 
soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir 
çox  yaraların  müalicəsində  istifadə  edirlər.  Yovşanın  dö-
yülmüş  yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına 
yeyir,  qurdların  qovulmasına  nail  olurlar.  Kölgədə  quru-
dulmuş  yaşıl  kütləsinin  turşumuş  südlə  qarışığından  hazır-
lanmış  sıyığından  bədənin  əzilmiş  hissələrinin  və  sınıqların 
müalicəsində  işlədirlər.  Yovşanla  boymadərən  bitkisini  bir-
birinə qarışdırıb köp əleyhinə istifadə edirlər. 
Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar. 
Onun  yarpaqları  C  vitamini,  üzvi  turşular,  efir  yağı,  nişasta 
və  s.  maddələrlə  zəngin  olduğundan  yeyinti  məhsullarına 
əlavə edilməsini məsləhət görürlər. 
Acı yovşandan spirtli içkilərə, likör, vermurq və s. içki 
növlərinə  iy  və  dad  vermək  üçün  istifadə  olunur.  Yovşanın 
tərkibindəki efir  yağından isə ətriyyat və sabun sənayesində 
istifadə olunur. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin