Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə304/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   300   301   302   303   304   305   306   307   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
234 
loidləri,  qlükozidlər,  piril  -α  metileton  –  C
6
H
7
ON  və  s. 
birləşmələri aşkar edilmişdir. 
Pişikotu köklərindən alınan preparatlar müasir təbabət-
də  müxtəlif  sinir  sistemi  xəstəliklərində,  ürək-damar  sis-
teminin nevrozunda, yuxusuzluğu aradan qaldıran, ürəyin fə-
aliyyətini artıran, eləcə də epilepsiyada qıcolmanın qarşısını 
alan vasitə kimi işlədilir. Pişikotunun dəmləməsi, tinkturası, 
qatı  ekstraktı  elmi  təbabətdə  geniş  istifadə  olunur.  Bundan 
əlavə,  kompleks  ürək  dərmanlarının  tərkibinə  də  daxil 
edilmişdir.  Pişikotu  köklərindən  hazırlanan  preparatlar  eyni 
zamanda  sakitləşdirici,  mədə  və  köpmənin  qarşısını  alan 
dərman  yığıntılarının  tərkibində  də  istifadə  olunur.  Xalq 
təbabətində  pişikotu  köklərindən  çay  dəmlənib  ürək 
ağrılarında,  ürəkgetmələrdə  sakitləşdirici  vasitə  kimi,  eləcə 
də  mədə-bağırsaq  ağrılarında  spazmanı  aradan  qaldıran 
dərman kimi qəbul edilir. 
Pişikotundan  kosmetikada  da  geniş  səpgidə  istifadə 
edilir.  Lakin  daha  çox  antibakterial  və  sakitləşdirici  vasitə 
kimi,  habelə  əsəb  pozğunluqları  zamanı  dəridə  baş  verən 
səpgi,  ekzema,  gicişmə,  irinli  yaraların  müalicəsində  işlədi-
lir.  Pişikotundan  dermatologiya  sahəsində  də  geniş  istifadə 
edilir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin