Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə306/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   302   303   304   305   306   307   308   309   ...   403
Müalicə  yovşanı. Müalicə  yovşanının gövdəsi  budaq-
lanan  olub,  sıx  yarpaqlarla  örtülmüşdür.  Yaşılımtıl-sarı 
rəngli  çiçəkləri süpürgə əmələ gətirir.  Tərkibində limon iyli 
efir  yağı,  abrotonin  alkoloidi,  qətran,  aşı,  flavanoid  və  s. 
maddələr  vardır.  Cavan  zoğlarından  alınan  efir  yağından 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
236 
qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün 
istifadə  olunur.  Bundan  hazırlanmış  cövhər  və  prepa-
ratlardan  qan  azlığında  və  eləcə  də  xənazir  xəstəliklərinin 
müalicəsində istifadə edilir. 
Yeyinti  məqsədləri  üçün  müalicə  yovşanının  yarpağı, 
çiçəyi  və  gövdəsindən  hazırlanmış  ədviyyədən  sirkə,  sous 
(xörək  şirəsi),  şorba,  cövhər,  şərab,  ət,  balıq  və  s.  qida  mə-
mulatlarının tərkibinə daxil edirlər. Bu məqsədlər üçün onun 
cavan yarpaq, çiçək və qönçələrini toplayıb kölgədə qurudur, 
narın  toz  halına  salaraq  ağızlan  kip  bağlanmış  qablara 
doldurub, quru və sərin yerdə saxlayır, yeri gəldikcə istifadə 
edirlər). 
İstər xörəklərin, istərsə də ət məhsullarının tərkiblərinə 
cüzi  miqdarda  yovşandan  hazırlanmış  cövhər  əlavə  edib, 
xarab olmadan uzun müddət saxlayırlar. 
Xalq  təbabətində  yovşanın  may  ayında  toplanmış  his-
sələrini qaynatmaqla əldə olunmuş məlhəm titrətmə, sarılıq, 
qaraciyər, sidik, dalaq, yuxusuzluq, ürəkgetmə, qusma, ishal, 
təngnəfəslik, bədən boşluğuna yığılmış mayelərin və bir sıra 
bağırsaq  xəstəliklərinin  müalicəsində  geniş  tətbiq  olunur. 
Elmi təbabətdə  yovşanı halen preparatlarının tərkibinə daxil 
edərək,  qüvvətləndirici,  iştahgətirici,  həzmyaxşılaşdırıcı 
vasitə kimi istifadə edirlər. 
Müasir  xalq  təbabətində  acı  yovşandan  mədə  pozğun-
luqlarının  aradan  qaldırılmasında,  qəbzlikdə,  qızdırmada, 
ürəkgetmədə,  qadın  xəstəliklərində,  qanazlığında,  öd  kisəsi 
xəstəliklərində,  vətərlərin  genişləndirilməsində,  yuxu-
suzluqda və eləcə də piyləmə əleyhinə istifadə edirlər. 
Azərbaycan  xalq  təbabətində  isə  yovşanın  yarpaq, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin