Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə305/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   301   302   303   304   305   306   307   308   ...   403
 
Yovşan 
 
Yovşan  (Artemisia)  yunan  sözü  olan  «artemiziya»dan 
götürülərək  «sağlam»,  «güclü»  deməkdir.  Bu,  onun  müali-
cəvi təsirə malik olduğunu göstərir. Bəzi mənbələrdə göstə-
rilir  ki,  bitkinin  adı  Mavzola  çarının  xanımı  Artemiziyanın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
235 
adından götürülmüşdür. Böyük təbiətşünas Pliniy göstərir ki, 
guya bu bitki ilə Artemiziya xanım müalicə olunmuşdur. 
Azərbaycanda yovşanın 16 növünə rast gəlmək olar. 
Adi  yovşan.  Mülayim  iqlimə  malik  qurşaqların  hər 
yerində  rast  gəlinir.  Yabanı  halda  yol  kənarlarında,  çay  və 
göl  sahillərində  yayılmışdır.  Quru  halda  ədviyyat  kimi  isti-
fadə  olunur.  Ət  xörəklərində  göyərti  kimi  işlədilir.  Tər-
kibində 0,026-0,2% efir yağı vardır. 
Yovşanın  dərman  əhəmiyyətli,  qida  xüsusiyyətli,  efir 
yağlı, aşı təbiətli, boyaq və bəzək üçün  yararlı növləri əksər 
ölkələrdə mədəni halda kütləvi halda becərilir. 
Yovşandan hazırlanmış cövhər, araq, vermut, iştah-gə-
tirici vasitə kimi, qızardılmış və yağlı xörəklərin, xüsusilə də 
ördək və qaz ətlərinin yeyilməsində. istifadə edilir. 
Yovşanın  tərkibində  kifayət  qədər  efir  yağı,  fla-vo-
noid,  kumarin,  sekviterien  laktonları,  absintin,  anab-sintin, 
artabsin,  xamazulin,  vitaminlər,  üzvi  turşular,  şəkər,  selikli 
və az miqdarda alkoloidli maddələr vardır. 
Tərkibində  efir  yağının  olması  onun  qurdqovucu, 
valerian  turşusunun  olması  sakitləşdirici,  fenol  birləşmələ-
rinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini gös-
tərir.  Tərkibi  müxtəlif  kimyəvi  maddələrlə  zəngin  oldu-
ğundan  tibbdə  müxtəlif  xəstəliklərin  müalicəsində  geniş 
istifadə olunur. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin