Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə312/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   308   309   310   311   312   313   314   315   ...   403
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
240 
Gicitkən 
 
Gicitkən  çox  qiymətli  yem  bitkisi  sayılır.  Onun  qarğı-
dalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof, ot ilə birlikdə 
hazırlanmış silosu yüksək keyfiyyətə malikdir. 
Gicitkən  yarpaqlarının  tərkibində  C  vitamininin  miq-
darı  qarağat,  kartof,  kök  və  əvəlikdən  çoxdur.  Bitkinin  tər-
kibi insan orqanizmi üçün çox qiymətli bioloji-aktiv maddə-
lərlə  zəngindir.  Qida  bitkisi  kimi  mühüm  xüsusiyyətlərə 
malik olub, paxlalı bitkilərdən heç də geri qalmır. 
Yarpaqlarının tərkibi çoxlu  miqdarda üzvi  turşular, B, 
B2 və K vitaminləri, mikroelementlər, aşı və fitonsid maddə-
lərlə  zəngindir.  Onların  tərkibində  200  mq%-ə  qədər  C 
vitamini  vardır ki, bu da limondakından 2,5, albalıdakından 
7,  kartof  və  almadakından  isə  10  dəfə  çoxdur.  Karotinin 
miqdarı 50 mq%-dir. 
Tədqiqatlar göstərmişdir ki, 100 q qurudulmuş gicitkə-
nin tərkibində 41 mq% Fe, 1,3  mq% Cu, 8,2 mq% Mn, 4,3 
mq%  B,  2,7  mq%  Ti,  0,03  mq%  Ni,  8,8  mq%  xlorofil, 
20,8%  protein,  2,5%  sitosterin  tərkibli  yağ,  18%  sellüloza, 
3,07% azotsuz şirə və s. vardır. 
Gicitkən  çox  qədim  zamanlardan  başlayaraq  müasir 
dövrədək  tərəvəz  bitkisi  kimi  yeyilir.  Ondan  hazırlanan  şi, 
sup, salatlar nəinki dadlı, həm də orqanizm üçün çox fayda-
lıdır. 
Hazırda bitkinin cavan yarpaq və zoğlarını erkən yazda 
toplayıb,  kətə,  qutab,  borş,  sup,  salat  və  s.  hazırlanmasında 
geniş istifadə edirlər. Cavan zoğlarını duza və turşuya qoyur, 
yeri  gəldikdə  süfrəyə  qoyub  iştahgətirici  ədviyyə  kimi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin