Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə36/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   32   33   34   35   36   37   38   39   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
38 
Yuxuda dağ keçisi görmək, ucalmaq əlamətidir. 
Yuxuda danadişi görmək,  yuxugörənin əkin-səpininin, 
bağ-bağçasının  barının,  məhsulunun  bol  olacağı  kimi 
yozulur. 
Yuxuda dana-buzov görmək ailəyə qonaq gəlməsi kimi 
yozulur. 
Yuxuda  daraq  görmək,  bəla,  bədbəxtlik  əlamətidir, 
amma bu bəla, bədbəxtlik tez ötüb keçəcək kimi yozulur. 
Yuxuda darı görmək yuxugörənin rəqibinə, düşməninə 
qalib gəlməsi kimi yozulur. 
Yuxuda  daş-divar  görmək,  yuxugörənin  ev  alması,  ev 
tikməsi kimi yozulur. 
Yuxuda  dəvə  görmək  yuxugörənin  firavan  yaşayacağı 
kimi yozulur. 
Yuxuda dəniz görmək bədbəxtlik əlamətidir. 
Yuxuda  dərə,  quyu,  çökəklik  görmək,  yuxugörənin 
dardan çıxacağı kimi yozulur. 
Yuxuda  dovşan  görmək  yuxugörənin  həmin  günü  ki-
minləsə savaşması kimi yozulur. 
Yuxuda  dəsmal  görmək  yuxugörənin  ziyana  düşməsi 
kimi yozulur. 
Yuxuda dəhrə (balta) görmək yuxugörəni istəməyənlə-
rin çox olması kimi yozulur. 
Yuxuda dovğa  yemək,  yuxugörənin ağır xəstələnəcəyi 
kimi yozulur. 
Yuxuda  dolu  görmək,  yuxugörənin  var-dövlətinin 
çoxalacağı kimi yozulur. 
Yuxuda  dolma  görmək,  ailəyə  çoxlu  qonağın  gəlməsi 
deməkdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin