Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə33/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   29   30   31   32   33   34   35   36   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
35 
yuxusunun yorumu-yozumu uğurlu olar, yaxşı olar. 
Yuxugörən səhər tezdən kiməsə "Xeyir olsun, bu gecə 
yaxşı  yuxu  görmüşəm"  dedikdə,  o  adam  "Yuxun  çin  olsun, 
Allah xoşbəxtlik gətirsin" deməlidir. 
Yuxuda bal arısı görənin var-dövləti çoxalar, varlanar. 
Yuxuda axar su görmək uzaq səfərə çıxmaq kimi yozulur. 
Yuxuda aşsüzən görmək arzu-istəyin puça çıxmasıdır. 
Yuxuda badam görənin işi dolaşığa, çətinliyə düşər. 
Yuxuda badımcan görənin ailədə işi düz gəlməz, xəstə 
olarsa, onun şəfa tapması çətin olar. 
Yuxuda barlı bağ görmək, ailədə bərəkətin artması ki-
mi yozulur. 
Yuxuda bayquş görmək, ailəyə bədbəxtliyin üz vermə-
si kimi yozulur. 
Yuxuda balıq görmək, arzu-istəyə çatmaq, xoşbəxt ol-
maq kimi yozulur. 
Yuxuda  su  ilə  dolu  bardaq  görmək  xeyirxahlıq,  xoş-
bəxtlik, boş bardaq görmək bədbəxtliklə üzləşmək kimi  yo-
zulur. 
Yuxuda baş şalı (örpək) görmək ucalıq, yaxşı vəzifəyə 
çatmaq kimi yozulur. 
Yuxuda  beşik  (yüyrük,  nənni)  görmək  bədbəxtlik  əla-
mətidir. Ailədə körpə uşağın ağır xəstələnməsi, ölməsi kimi 
yozulur. 
Yuxuda  bilərzik  görmək  bədbəxtlikdir,  yuxu  görənin 
ailədə, işdə gününün pis keçməsi kimi yozulur. 
Yuxuda  bıçaq  görmək  qan  düşməni  ilə  barışmaq  kimi 
yozulur. 
Yuxuda  bozartma  yemək,  günü  pis  keçmək,  yuxu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin