Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə29/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   25   26   27   28   29   30   31   32   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
31 
Yuxuda uzunboğaz corab görənin, uzaqdan qonağı gəl-
mək əlaməti kimi yozulur. 
Yuxuda qızıl tapmaq xeyir xəbər eşitməkdir. 
Yuxuda çox istədiyin adamı görmək ziyan tapmaq,  
işi bəd gətirmək kimi yozulur. 
Yuxuda  hamilə  gəlin  qaynanasını  görsə  qızı,  qaynata-
sını görsə oğlu olacaq kimi yozulur. 
Yuxuda üzüm görmək göz yaşı deməkdir. 
Yuxuda  ayaqqabı  geymək,  görmək  dara  düşmək,  işi 
bəd gətirmək, dalaşmaq əlaməti kimi yozulur. 
Yuxuda  təzə  paltar  geymək  bədbəxtlik,  köhnə  paltar 
geymək xoşbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda  ocaq  qalamaq,  çıraq  yandırmaq  yuxugörənin 
işinin uğurlu olacağı əlaməti kimi yozulur. 
Yuxuda  başa  papaq  qoymaq  ucalmaq,  vəzifəcə  böyü-
mək əlaməti kimi yozulur. 
Yuxuda  yer  şumlamaq,  taxıl  səpmək,  taxıl  döymək, 
dəyirman görmək var-dövlət, bolluq, bərəkət əlamətidir. 
Yuxuda  öküz,  buğa,  cöngə  görmək  şadlıq,  inək,  düyə 
görmək qəmginlik əlamətidir. 
Yuxuda  zurna,  züy,  tütək  görmək  bəd  xəbər  eşitmək 
kimi yozulur. 
Yuxuda çuval görmək bərəkət əlamətidir. 
Yuxuda baş-üz qırxmaq yuxu görənin öləcəyi kimi yo-
zulur. 
Yuxuda güzgü görmək elçi getmək, nişan taxmaq kimi 
yozulur. 
Yuxuda  hamilə  qadın  cücəli  toyuq  görərsə,  gələcəkdə 
onu külfət basması əlaməti kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin