__________________________________ Nübar Həkimova
29
MÜDRİKLƏRİMİZİN
YUXU YOZUMLARI
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
30
YUXUGÖRMƏNİN XALQ ARASINDA
YORUM VƏ YOZUMLARI
Yuxuda hamilə qadın alma görsə qızı, armud görsə
oğlu olar.
Yuxuda hamilə qadın buğda yığarsa oğlu, arpa yığarsa
qızı, noxud, lobya yığarsa, əkiz uşağı olar.
Yuxuda hamilə qadın torpaq işi görərsə, oğlu olar.
Yuxuda yuxu görən adam döyülərsə, o, sağlam və
qüvvətli olar.
Yuxuda bit görən varlı, dövlətli olar.
Yuxuda duru su görmək aydınlıq, bulanıq su görmək
işi düz gətirməmək və dolaşmaqdır.
Yuxuda ilan görmək səfərdir, yoldur.
Yuxuda qoz görmək pis səs, bəd xəbərdir.
Yuxuda çalıb-oynamaq – qəmginlik, niskinlik, ağla-
maq-sevinmək əlamətidir.
Yuxuda ata minmək arzuya çatmaq, yüksəlmək, qalib
gəlmək əlamətidir.
Yuxuda bostan görmək işin düz gəlməsidir.
Yuxuda seyid görən xeyir, molla görən ziyan tapar.
Yuxuda qaçan xəstə olar, bədbəxt hadisəyə düçar olar.
Yuxuda döyən adam, döyülər.
Yuxuda samanlıq görənin, divar hörənin evindən ölü
çıxar.
Yuxuda ağac kəsənin ailəsində adam ölər.
Yuxuda pul görmək, həm var-dövlət, həm də xeyir-
xəbər eşitməkdir.
Yuxuda keçəl adam görənin işi düz gətirməz.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|