Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə31/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   27   28   29   30   31   32   33   34   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
33 
rəcəyi kimi yozulur. 
Yuxuda duz görmək bərəkətdir. 
Yuxuda  dişin  sınması,  çıxması,  laxlaması  ailəyə  bəd-
bəxtlik üz verəcəyi əlaməti kimi yozulur. 
Yuxuda  gənə  görmək  natəmizlik,  pisliklə  üzləşmək 
əlaməti kimi yozulur. 
Yuxuda  dəvə  görmək  yüksəlmək,  vəzifəyə  çatmaq, 
xoşbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda saz, aşıq görmək xeyirxahlıq, ailədə xoşbəxtlik 
əlamətidir. 
Yuxuda  təzəgəlin  qatır  görərsə,  onun  heç  vaxt  uşağı 
olmaz. 
Yuxuda  hamilə  gəlin  turac,  kəklik,  qırqovul,  bildirçin 
görərsə, qızı olar. 
Yuxuda təndir,  sac görmək evdə süfrənin bolluğu əla-
mətidir. 
Yuxuda  ip,  kəndir,  sicim,  çatı  görmək  səfər,  yola  çıx-
maq əlaməti kimi yozulur. 
Yuxuda duz-çörək görmək, bolluq əlaməti kimi yozulur. 
Yuxuda ot biçmək, düşmənə qalib gəlmək əlaməti kimi 
yozulur. 
Yuxuda toy görənin evindən ölü çıxar. Yuxuda ölənin 
ömrü uzun olar. 
Yuxuda  çörəyi  yarı  bölmək,  qisməti  yarı  bölmək 
deməkdir.  
Yuxuda halva görmək, ailədə şirinlik əlamətidir. 
Yuxuda soğan, bibər görmək acılıq əlamətidir.  
Yuxuda qar görmək şər əlamətidir. 
Yuxuda yol salmaq, xeyirxahlıq əlamətidir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin