Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə32/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   28   29   30   31   32   33   34   35   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
34 
Yuxuda vəl görmək, evdə, ailədə bolluq əlamətidir. 
Yuxuda süpürgə görmək, təmizlik əlamətidir. 
Yuxuda şiş görmək pisdir, evdən bərəkət kəsilər. 
Yuxuda zoğal görmək, göz yaşıdır. 
Yuxuda  ağ  at  görmək  murada-istəyə  çatmaq,  qovuş-
maqdır. 
Yuxuda ağsaqqal görmək, yaxşı söz-söhbət eşitməkdir.  
Yuxuda ağcaqanad (ditdili) görmək, qonaq gəlməsi  
kimi yozulur. 
Yuxuda ay görmək, yuxugörən adamın işinin çətinliyə, 
dolaşığa düşməsi kimi yozulur. 
Yuxuda  ayı  görmək,  sağlamlıq,  xəstəlikdən  uzaq  ol-
maq kimi yozulur. 
Yuxuda ayran görmək, ailədə xəstəlik kimi yozulur. 
Yuxuda alma görmək, ailədə oğul-qız, nəvə, nəticənin 
artacağı, ailəyə xoşbəxtlik üz verəcəyi kimi yozulur. 
Yuxuda alça (gavalı) görmək, bədbəxtlik kimi yozulur. 
Yuxuda  alaçıq  (dəyə)  görmək,  ailənin  saxladığı  mal-
qaranın artması kimi yozulur. 
Yuxuda araba görmək bədbəxtlik əlamətidir. 
Yuxuda  qılçıqlı  arpa  görənin  işi,  istək-arzusu  çox  çə-
tinliklə düzələr. 
Yuxuda araq, şərab görənin işi dava-şavalı olar. 
Yuxuda  qorxan  adamın  yatanda  başının  altına  çörək 
parçası qoyarlar ki, rahat yatsın. 
Yuxuda  narahat  yatanın  barmağına  qızıl  üzük  taxarlar 
ki, rahat yatsın, pis yuxular görməsin. 
Yuxuda  qorxulu  hadisə  görəndə,  yuxugörənin  səhər 
tez-dən  yuxusunu  axar  suya  söyləməsi  məsləhətdir.  Onda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin