Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə48/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   44   45   46   47   48   49   50   51   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
50 
Yuxuda çörək görmək  yaxşıdır,  yuxugörənin ailəsində 
bərəkət artacaq, ailə firavan dolanacaq kimi yozulur. 
Yuxuda  çuval  görmək  pisdir,  yuxugörənin  ailəsində 
çörək, var-dövlət qıtlığı olacağı kimi yozulur. 
Yuxuda  çən-çiskin  görmək  pisdir,  yuxugörənin  xəstə-
lənəcəyi kimi yozulur. 
Yuxuda çardaq görmək yaxşıdır, yuxugörənin el-obada 
hörmətinin artacağı kimi yozulur. 
Yuxuda  cam  görmək  pisdir,  yuxugörənin  əcəlinin  ya-
xınlaşdığı kimi yozulur. 
Yuxuda camış görmək pisdir, yuxugörənin ailəsində ən 
əziz adamın öləcəyi kimi yorulub-yozulur. 
Yuxuda  çubuq  görmək  pisdir,  yuxugörənin  ən  yaxşı 
dost  hesab  etdiyi  adamın  namərdliklə  ona  arxadan  zərbə 
endirəcəyi kimi yozulur. 
Yuxuda canavar görmək yaxşıdır, yuxugörənin ona kə-
lək gəlmək istəyən namərdlərə qələbə çalacağı kimi yozulur. 
Yuxuda  cəhrə  görmək  pisdir,  yuxugörənin  ailəsində 
qoca adamın öləcəyi kimi yorulub-yozulur. 
Yuxuda cığır görmək pisdir, yuxugörənin asan işi çəti-
nə, düyünə düşəcəyi kimi yozulur. 
Yuxuda corab görmək pisdir, yuxugörənə paxıllıq kimi 
yozulur. 
Yuxuda  şətə  (sırpınc)  görmək  yaxşıdır,  yuxugörən 
xeyir-xəbər olacaq, xeyir tapacaq kimi yozulur. 
Yuxuda şərbət görmək yaxşıdır, yuxugörənin ailəsində 
toy-nişan olacağı kimi yozulur. 
Yuxuda şir görmək  yaxşıdır,  yuxugörənin nüfuzlu ailə 
ilə qohum olacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin