Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə51/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   47   48   49   50   51   52   53   54   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
53 
Yuxuda ayna (güzgü) görmək – yeni dost tapmaq, ayna 
sındırmaq – pis xəbər eşitmək kimi yozulur. 
Yuxuda kiməsə bəxşiş vermək var-dövlət tapmaq kimi 
yozulur. 
Yuxuda  bilərzik  görmək  sevinmək,  xoşbəxt  olmaq  ki-
mi yozulur. 
Yuxuda buğda görmək pisdir,  yuxugörənin ailəsini pis 
xəbər, kədər gözləyir kimi yozulur. 
Yuxuda  boxça  görmək  yaxın  adamın,  qohumun  gəl-
məsi kimi yozulur. 
Yuxuda borca düşmək çətinliyə düşmək kimi yozulur.  
Yuxuda  bazara  getmək,  yuxugörənin  qismət  tapacağı 
kimi yozulur. 
Yuxuda  buzov  görmək  yuxugörənin  işinin  düzgün, 
sahmanlı olacağı kimi yozulur. 
Yuxuda  dəyirman  görmək  çörəyin  bol  olacağı  kimi 
yozulur. 
Yuxuda duvaq görmək murada çatmaq kimi yozulur. 
Yuxuda  zər  görmək  pisdir,  yuxugörənin  haram  mala 
meylli olması kimi yozulur. 
Yuxuda gəlin gətirmək, görmək  yaxşıdır. Murada çat-
maq, mal-qara, mülk, ev-eşik sahibi olmaq kimi yozulur. 
Yuxuda  nanə,  kəvər  (göy-göyərti)  görmək  kədər,  yas 
əlaməti kimi yozulur. 
Yuxuda  palan  görmək  yaxşıdır.  Yuxugörənin  el-oba, 
dost-tanış yanında hörmətinın artması kimi yozulur. 
Yuxuda pambıq görmək xeyirə yozulur. 
Yuxuda saat görmək yuxugörənin xeyirli bir yerə dəvət 
olunacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin