Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə49/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   45   46   47   48   49   50   51   52   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
51 
Yuxuda  şaftalı  görmək  yaxşıdır,  yuxugörən  el-obada 
ucalacaq, rütbə sahibi olacaq kimi yozulur. 
Yuxuda  şor  görmək  pisdir,  yuxugörən  xəstələnəcək, 
ümumi halsızlığa düçar olacaq kimi yozulur. 
Yuxuda ilan balası görmək,  yuxugörənin ailəsində ha-
milə qadının, gəlinin oğlan uşağı doğacağı kimi yozulur. 
Yuxuda  çayan  görmək  yuxugörənin  savaşması  kimi 
yozulur. 
Yuxuda kürt toyuq görmək pis yozulur, evdən kiminsə 
öləcəyi kimi yozulur. 
Yuxuda körpə uşaq görmək xeyirxah səsdir. 
Yuxuda parça biçmək ən  yaxın adamın kəfənini hazır-
lamaq kimi yozulur. 
Yuxuda saç daramaq, yol, səfərdir. 
Yuxuda  büdrəmək,  yıxılmaq  pis  yozulur,  yıxılmaq, 
alçalmaq, işdən, vəzifədən qovulmaq kimi yozulur. 
Yuxuda qoz
1
 görmək dava-dalaş olacağı kimi yozulur. 
Yuxuda çimmək yaxşıdır, ağırlığı-uğurluğu tökməkdir. 
Yuxuda  qarpız  görmək,  yuxugörənin  arzu,  istəyi  ilə 
əlaqədar gedəcəyi işdən rədd cavabı alacağı kimi yozulur. 
Yuxuda  qala  görmək  yaxın  adamın  yolunu  gözləmək 
deməkdir. 
Yuxuda  dəniz,  çay  görmək,  yuxugörənin  uzaq  yolda, 
qürbətdə olan  yaxın adamının gəlməsi üçün darıxmaq, gözü 
yol çəkmək kimi yozulur. 
Yuxuda  çiçəklənmiş  ağac  görmək  böyük  xoşbəxtliyə 
qovuşmaq kimi yozulur. 
                                                
1
 Qoz bəzən əmək, zəhmət çəkmək kimi də yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin