Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə52/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   48   49   50   51   52   53   54   55   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
54 
Yuxuda sabun görmək  yuxugörənin pis və günah işlə-
rindən əl çəkməsi kimi yozulur. 
Yuxuda  saxsı  qab  görmək  oğlan  və  ya  qızın  tezliklə 
xeyir  işinin olacağı,  ailə başçısıdırsa, oğlunun  və  ya qızının 
evləndiriləcəyi kimi yozulur. 
Yuxuda  saqqız  çeynəmək  yuxugörənin  gücünün  dedi-
qoduya səbəb olacağı kimi yozulur. 
Yuxuda saz dinləmək, çalmaq xoş xəbər kimi yozulur. 
Yuxuda fərə-beçə görmək  yuxugörənin ailəyə, sevgili-
sinə  məhəbbətinin  güclü  olması,  işinin  uğurlu  olması  kimi 
yozulur. 
Yuxuda  yumurta  görmək  ən  sevimli  adamdan  xeyir 
xəbər, məktub alacağı kimi yozulur. 
Yuxuda  xah-xalça  görmək  yol,  uğurlu  səfər  kimi 
yozulur. 
Yuxuda eşşəyə minmək bəxtin-yığvalın açılacağı kimi 
yozulur. 
Yuxuda  üz  qırxmaq,  saç  kəsmək  bəxbəxtlik  əlaməti 
kimi yozulur. 
Yuxuda  ocaq  qalamaq,  işıq  yandırmaq  aydınlığa  çıx-
maq kimi yozulur. 
Yuxuda ölü görmək ömrün uzun olacağı kimi yozulur. 
Yuxuda  ölüdən  bəxşiş  almaq  yaxşı,  bəxşiş  vermək 
bədbəxtlik əlaməti kimi yozulur. 
Yuxuda  hamilə  qadının  və  ya  ailə  başçısının  süd  gör-
məsi yuxugörənin oğlu olacağı əlaməti kimi yozulur. 
Yuxuda parça görmək, yol, uğur kimi yozulur. 
Yuxuda döşək görmək pis əlamətdir, ölüm xəbəri kimi 
yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin