20
dir. Bu hicab qızlarla oğlanlar arasında elə sonsuz bir uçu-
rum yaratmışdır ki, bu uçurum sahillərində dayananların bir-
birini görməsi, bir-birinə baxması, hətta baxmağa təşəbbüs
göstərməsi qeyri-mümkün olmuşdur. İslam qayda-qanunlu
Şərqdə, o cümlədən, bizim ədəbiyyatımızda sevgi lirikasının
bu qədər geniş vüsətlə yayılmasının və bu qədər uzun müd-
dət yaşamasının səbəblərindən də elə həmin bu hicab, onun
yaratdığı yasaqlar, məhrumiyyətlər idi.
İlk öncə, oxucuya həqiqət təsiri bağışlayan bu fikir oğ-
lanlarla qızlar arasında uçurum yaradan hicab, İslam dininin
yasaqları orta əsrlər dastanında özünü tam təsdiqləmir. Bir
neçə dastandan parçalara müraciət edək.
"Tahir və Zöhrə" dastanında oxuyuruq:
"...Nağıl dili yüyrək olar. Vaxt dolandı, il keçdi, oğlan-
la qız yeddi yaşa doldular. Bunlar elə gözəl idilər, gözəllikdə
bərabərləri yox idi. Əhməd vəzir Hatəm Soltana xəbər gön-
dərdi ki, uşaqların məktəb vaxtıdı, bir kamil molla tapıb,
uşaqları oxumağa qoymalıyıq. Hər ikisi də həmrəy olub,
uşaqları kamil bir mollaya tapşırdılar. Uşaqlar bir yerdə
məktəbə gedib-gəlir, bir oturub, bir dururdular. Oyun vaxtı
da uşaqlara qatışmayıb bir küncdə söhbət edirdilər.
Məktəbin həyətində bir sərv ağacı var idi. Hansı tez
gəlsə onun dibində oturub, o birini gözlərdi.
Deyirlər ki, bu məktəbdə bir keçəl də var idi. Bir kö-
nüldən min könülə aşiq olmuşdu Zöhrəyə. Amma nə qədər
əlləşirdisə, Zöhrə ona üz vermirdi. Bir gün keçəl yenə də
onları bir yerdə görüb, tez özünü yetirdi mollanın yanına:
– Molla, mənə de görüm, bura məktəbxanadı, yoxsa
lotuxana? Tahir ilə Zöhrə öpüşün səkkizini bir qara pul elə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com