21
yiblər, onu da alıb satan yoxdu.
Molla bunu eşidən kimi ayağa qalxdı, daban alıb Hatəm
Soltanın yanına getməkdə olsun, sizə kimdən xəbər verim
Tahirlə Zöhrədən. Tahirlə Zöhrə vədə yerində şirin-şirin söhbət
eləyirdilər. Molla özünü Hatəm Soltanın yanına salıb, Tahirə:
– Qızınız yekəlib, həddi-buluğa çatıbdı. Onu bir də
məktəbə buraxmayın. Mən gəlib evdə ona dərs deyərəm..."
Gətirilən nümunəyə diqqət yetirilərsə, sevən gənclərin
bəşəri eşqinə nə hicab, nə də İslam dininin yasaqları yox,
ancaq paxıllıq, hiylə mane olur.
Halbuki, M.H.Təhmasib yazır: "Lakin çətinlik bircə bu
uçurumun sahillərində dayananların bir-birini görə bilməsi
ilə qurtarmırdı. Onları bədii əsərlərdə belə, bir-biri ilə görüş-
dürmək təşəbbüsləri də din tərəfindən təqib edilirdi. Belə
görüşə din mütləq icazə verməli idi ki, bu da ancaq nikah,
kəbin şəklində rəsmiyyətə salına bilərdi."
"Abdulla və Cahan" dastanında bu fikrin təkzibinə
diqqət yetirək:
"...Cahan xanımdan qabaq qarı getdi, gördü burada bir
oğlan yatıb, xudavəndi-aləm buna yeddi yerdən qələm çəkib.
Qarı özünü saxlaya bilmədi, başladı Abdullaya yetim kalça
kimi baxmağa. Cahan xanım gəldi çatdı. Dəsmal çıxarıb,
oğlanın üzünün suyunu sildi, sonra qarıya dedi:
– Qarı nənə, qələmin varmı?
Qarı dedi:
– Ay bala, niyə yoxdu? Yeddi il koxa yanında mirzəlik
eləmişəm. Sən de, mən yazım.
Cahan xanım aldı görək asta-asta nə dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com