24
dadı, ildırım çaxdı. Bir göz qırpımında dəlilər yaraqlı-yasaqlı
Koroğlunun əmrinə müntəzir dayandılar.
Koroğlu sazı sinəsinə basıb dedi:
... Koroğluyam, mən bilirdim işimi, Yaxşı yatdım, yaman gördüm duşumu. Gərək gətirəsiz düşmən başını, Yaralıdı, bir Həsənim dardadı.
... Koroğlu Çınqıllı dağ deyib Qıratın cilovunu boşaltdı.
Qırat yel kimi götürüldü. Günə bir mənzil, teyi-mənazil Çın-
qıllı dağa yetişdi. Qırat Ərəbatın hənirtisini duydu. Ayağını
yerə döyüb kişnədi.
Koroğlu dedi:
– Axtarın ətrafı! Qırat boş-boşuna kişnəməz.
Dəlilər Çınqıllı dağı ələk-vələk elədilər. Bir də baxdılar
ki, budur, Sarı qayalıqda Ərəbat, yanında da bir at var ki,
göz istəyir tamaşa eyləsin. Koroğlu dəlilərlə kahaya endilər.
Baxdılar ki, bir qız Həsənin başını alıb dizi üstə, yarasına
məlhəm qoyur..."
Verdiyim nümunədə Koroğlunun yuxusunun çin çıx-
ması, neçə günlük məsafədə, Çınqıllı dağda oğlu Həsənin
ağır yaralı olması, Koroğlunun intuitiv duyumu ilə birbaşa
məhz Çınqıllı dağa gəlməsi və s. diqqətdən qaçırıla bilməz.
Yaxud "Durna teli" qolunda Koroğlunun yuxuda Eyva-
zın tutulub, darda olması səhnəsinə aid dediyi poetik təsdiqə
diqqət yetirək:
Xəbər verin dəlilərim oyansın, Tutulubdu bir Eyvazım, əldədi! PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com