27
nın məclisində imtahan edilməsi, bütün imtahanlardan aşığın
alnıaçıq çıxması, eləcə də Abbasın, Qəribin və başqalarının
sınaqlardan dəqiq çıxmaları fikrimizin doğruluğunu təsdiq
edən faktlardır. Bu baxımdan, Qeysər şəhərinin paşası Sü-
leyman paşanın qızı Hüsniyə xanımın, vəzirinin Kərəmi in-
tuitiv, telepatik sınaqlardan çıxarmaları da çox maraqlıdır.
Onlardan bir nümunəyə diqqət yetirmək yerinə düşərdi.
"...Hüsniyə xanım dedi:
– Aşıq, qız tanımaqda mahirsən. İndi bir işimiz qalıb.
Bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər,
qalıb basdırmağı. Gedək ona bir namaz qıl, torpağa tapşıraq,
sonra sənin toyunu eləyək.
Kərəm dedi:
– Baş üstə!
Hüsniyə xanım fərraşlara əmr elədi ki, Kərəmi qəbiris-
tana aparsınlar. Elə ki, Kərəmi apardılar, Hüsniyə xanım
paşaya dedi:
– Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımdı. Bir
diri adamı kəfənə tutdurub, tabuta qoydurmuşam. Durun, siz
də gedək. Əgər bu bilsə ki, kəfəndəki ölü deyil, tay haqq
aşığı olmağına heç kəsin sözü ola bilməz.
Hamı Hüsniyə xanımın bu tədbirinə afərin deyib, ayağa
qalxdılar, qəbiristana tərəf yola düşdülər. Elə ki, gəlib
çatdılar, Kərəm cənazəyə baxıb soruşdu:
– Deyirsiniz ki, mən namaz qılmalıyam. Ancaq bilmi-
rəm ölü namazı qılım, ya diri namazı?
Paşa qəsdən özünü qəzəbli göstərib dedi:
– Bu nə sözdü? Kərəm dedi:
– Bu o deyən sözdü ki, kəfəndəki hələ ölməyib, diridi.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com