31
Yuxuda uzunboğaz corab görənin, uzaqdan qonağı gəl-
mək əlaməti kimi yozulur.
Yuxuda qızıl tapmaq xeyir xəbər eşitməkdir.
Yuxuda çox istədiyin adamı görmək ziyan tapmaq,
işi bəd gətirmək kimi yozulur.
Yuxuda hamilə gəlin qaynanasını görsə qızı, qaynata-
sını görsə oğlu olacaq kimi yozulur.
Yuxuda üzüm görmək göz yaşı deməkdir.
Yuxuda ayaqqabı geymək, görmək dara düşmək, işi
bəd gətirmək, dalaşmaq əlaməti kimi yozulur.
Yuxuda təzə paltar geymək bədbəxtlik, köhnə paltar
geymək xoşbəxtlik əlaməti kimi yozulur.
Yuxuda ocaq qalamaq, çıraq yandırmaq yuxugörənin
işinin uğurlu olacağı əlaməti kimi yozulur.
Yuxuda başa papaq qoymaq ucalmaq, vəzifəcə böyü-
mək əlaməti kimi yozulur.
Yuxuda yer şumlamaq, taxıl səpmək, taxıl döymək,
dəyirman görmək var-dövlət, bolluq, bərəkət əlamətidir.
Yuxuda öküz, buğa, cöngə görmək şadlıq, inək, düyə
görmək qəmginlik əlamətidir.
Yuxuda zurna, züy, tütək görmək bəd xəbər eşitmək
kimi yozulur.
Yuxuda çuval görmək bərəkət əlamətidir.
Yuxuda baş-üz qırxmaq yuxu görənin öləcəyi kimi yo-
zulur.
Yuxuda güzgü görmək elçi getmək, nişan taxmaq kimi
yozulur.
Yuxuda hamilə qadın cücəli toyuq görərsə, gələcəkdə
onu külfət basması əlaməti kimi yozulur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com