34
Yuxuda vəl görmək, evdə, ailədə bolluq əlamətidir.
Yuxuda süpürgə görmək, təmizlik əlamətidir.
Yuxuda şiş görmək pisdir, evdən bərəkət kəsilər.
Yuxuda zoğal görmək, göz yaşıdır.
Yuxuda ağ at görmək murada-istəyə çatmaq, qovuş-
maqdır.
Yuxuda ağsaqqal görmək, yaxşı söz-söhbət eşitməkdir.
Yuxuda ağcaqanad (ditdili) görmək, qonaq gəlməsi
kimi yozulur.
Yuxuda ay görmək, yuxugörən adamın işinin çətinliyə,
dolaşığa düşməsi kimi yozulur.
Yuxuda ayı görmək, sağlamlıq, xəstəlikdən uzaq ol-
maq kimi yozulur.
Yuxuda ayran görmək, ailədə xəstəlik kimi yozulur.
Yuxuda alma görmək, ailədə oğul-qız, nəvə, nəticənin
artacağı, ailəyə xoşbəxtlik üz verəcəyi kimi yozulur.
Yuxuda alça (gavalı) görmək, bədbəxtlik kimi yozulur.
Yuxuda alaçıq (dəyə) görmək, ailənin saxladığı mal-
qaranın artması kimi yozulur.
Yuxuda araba görmək bədbəxtlik əlamətidir.
Yuxuda qılçıqlı arpa görənin işi, istək-arzusu çox çə-
tinliklə düzələr.
Yuxuda araq, şərab görənin işi dava-şavalı olar.
Yuxuda qorxan adamın yatanda başının altına çörək
parçası qoyarlar ki, rahat yatsın.
Yuxuda narahat yatanın barmağına qızıl üzük taxarlar
ki, rahat yatsın, pis yuxular görməsin.
Yuxuda qorxulu hadisə görəndə, yuxugörənin səhər
tez-dən yuxusunu axar suya söyləməsi məsləhətdir. Onda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com