33
rəcəyi kimi yozulur.
Yuxuda duz görmək bərəkətdir.
Yuxuda dişin sınması, çıxması, laxlaması ailəyə bəd-
bəxtlik üz verəcəyi əlaməti kimi yozulur.
Yuxuda gənə görmək natəmizlik, pisliklə üzləşmək
əlaməti kimi yozulur.
Yuxuda dəvə görmək yüksəlmək, vəzifəyə çatmaq,
xoşbəxtlik əlaməti kimi yozulur.
Yuxuda saz, aşıq görmək xeyirxahlıq, ailədə xoşbəxtlik
əlamətidir.
Yuxuda təzəgəlin qatır görərsə, onun heç vaxt uşağı
olmaz.
Yuxuda hamilə gəlin turac, kəklik, qırqovul, bildirçin
görərsə, qızı olar.
Yuxuda təndir, sac görmək evdə süfrənin bolluğu əla-
mətidir.
Yuxuda ip, kəndir, sicim, çatı görmək səfər, yola çıx-
maq əlaməti kimi yozulur.
Yuxuda duz-çörək görmək, bolluq əlaməti kimi yozulur.
Yuxuda ot biçmək, düşmənə qalib gəlmək əlaməti kimi
yozulur.
Yuxuda toy görənin evindən ölü çıxar. Yuxuda ölənin
ömrü uzun olar.
Yuxuda çörəyi yarı bölmək, qisməti yarı bölmək
deməkdir.
Yuxuda halva görmək, ailədə şirinlik əlamətidir.
Yuxuda soğan, bibər görmək acılıq əlamətidir.
Yuxuda qar görmək şər əlamətidir.
Yuxuda yol salmaq, xeyirxahlıq əlamətidir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com