32
Yuxuda hamilə qadın pomidor görsə, qızı olacağı
kimi yozulur.
Yuxuda dərz, taxıl tayası, taxıl tığı, dolu buğda çuvalı
görmək var-dövlətin, bərəkətin çox olması kimi yozulur.
Yuxuda çıraq görmək yüngüllük, sağlamlıq, ailədə toy-
nişan, xeyir iş olacağı kimi yozulur.
Yuxuda arxalıq görmək yüksəlmək, qüvvətlənmək əla-
məti kimi yozulur.
Yuxuda meşə görmək ziyandan uzaq olmaq, xeyirxah-
lığa qovuşmaq əlaməti kimi yozulur.
Yuxuda hamilə qadın tut yeyərsə, uşağı şirindil olar.
Yuxuda qoyun sürüsü görmək, dövlət tapmaq əlamətidir.
Yuxuda dağdağan ağacı görmək sevinmək, işi düz gətirmək
əlaməti kimi yozulur.
Yuxuda işığın sönməsi ailədən ölü çıxması əlaməti
kimi yozulur.
Yuxuda nar görmək yuxugörənin göz yaşı tökəcəyi
əlaməti kimi yozulur.
Yuxuda ələk, xəlbir, şadara görmək xeyir-bərəkət kimi
yozulur.
Yuxuda evdən kiməsə çörək vermək, bərəkəti vermək
əlaməti kimi yozulur.
Yuxuda kəmər görmək, onu belə bağlamaq, qüvvətlik,
sağlamlıq əlaməti kimi yozulur.
Yuxuda quyuya düşmək, yuxugörənin işinin düyünə
düşməsi əlaməti kimi yozulur.
Yuxuda oda düşmək sevinmək, əziz adama qovuşmaq,
birləşmək, görüşmək əlaməti kimi yozulur.
Yuxuda tüstü görmək qarışıqlığın, bədbəxtliyin üz ve-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com