26
Mahmud bəy aralıdan qulaq asırdı. Gözlədi ki, görsün
aşıq gerisini nə deyəcək.
Aldı Qurbani gerisini:
Söylə dərdin bilənlərə, Dərd başına gələnlərə. Hər üzünə gülənlərə Etibar eləmək olmaz. Qurbaniyə gətir məzə, Dərd üstündən dərdim təzə. Dərd biləni, dərd bilməzə, Giriftar eləmək olmaz.
Söz tamama yetən kimi, Mahmud bəy atını dərvişlərin
üstünə sürüb dedi:
– Tez deyin, görüm, bu aşığa nə deyibsiniz ki, o belə
oxuyur. Siz aşığa bir söz deməsəniz, aşıq elə sözləri oxu-
mazdı. Hərgah düzünü deməsəniz, hamınızı qıracağam.
Dərvişlər dedi:
– Vallah, biz heç zad deməmişik.
Mahmud bəy Qurbaniyə dedi:
– Düzünü de görüm, o dərvişlər sənə nə dedilər ki, sən
o sözləri oxudun?
Qurbani dedi:
– Xan sağ olsun, onlar fikirləşdilər ki, məni işlətsinlər,
sonra da öldürsünlər..."
Bu qəbil intuitiv, telepatik sınaqlara biz nağıllarımızda,
əsatir-əfsanələrimizdə, dastanlarımızda da bol-bol rast gəli-
rik. Belə ki, Qurbaninin Qara vəzir və qızı Nigarın Ziyad xa-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com