Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə244/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   240   241   242   243   244   245   246   247   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
182 
bitkisinin meyvələri öz kaloriliyi ilə də digər kənd təsərrüfatı 
bitkilərindən kəskin surətdə fərqlənir. Şabalıd bal verən bitki 
kimi  də  qiymətli  sayıla  bilər.  Belə  ki,  arılar  50-70  yaşlı  bir 
ağacın çiçəklərindən 15-20 kq-dək bal toplaya bilir. Şabalıd-
dan  alınmış  balın  böyük  müalicəvi  əhəmiyyəti  vardır.  Yar-
pağı  qiymətli  maddələrlə  zəngindir.  Belə  ki,  1  yaşıl  yarpa-
ğında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji 
vahid K vitamini  vardır  və buna görə də onlar  «vitamin sə-
nayesi» üçün qiymətli xammal sayıla bilər. 
Şabalıdın  yarpaq,  qabıq  və  oduncaq  hissəsinin  tərki-
bində 5%-ə qədər kversetin, hiporezid, yəni flavonoid komp-
leksi  və  10%-ə  qədər  aşı  maddəsi  aşkar  edilmişdir.  100  kq 
şabalıd  oduncağından  20  kq  qatı  boyaq  ekstraktı  alınır.  Biz 
dünyada ilk dəfə olaraq bu boyaq maddəsinin tərkibinə ağır 
metalların  müxtəlif  duzlarını  əlavə  etməklə  yun  ipi  açıq 
qəhvəyi, qəhvəyi, zeytunu, qonur, tütünü, şabalıdı, şabalıdı-
qonur, yaşıl və s. rənglərə boyamağa nail olduq. 
Şabalıd gözəl yarpaqlara, sıx və şaxlı-budaqlı çətrə ma-
lik olduğu çün bəzək bitkisi kimi parklarda, yol və küçə kə-
narlarında  əkilir.  May-iyun  aylarında  çiçəklədiyi  dövrdə 
təbiətə sarımtıl rəngli və xüsusi ətri olan sırğaları ilə yaraşıq 
verir. Bu xüsusiyyətinə görə o, dünyanın bir çox ölkələrində 
yaşıllaşdırma  işlərində  mühüm  yer  tutur.  Bu  bitki  güclü  və 
yaxşı  inkişaf  etmiş  kök  sisteminə  malik  olduğu  üçün  dağ 
yamaclarını  daim  güclü  külək  və  eroziyalardan  da  qoruyur, 
həm də torpaqəmələgəlmə prosesinə müsbət təsir göstərir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin