Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə273/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   269   270   271   272   273   274   275   276   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
209 
plastmas, yapışqan, avtomobil pokrışkaları, kinolentləri, süni 
ipək,  yüksək  keyfiyyətli  lak,  boyaq  və  s.  məhsullar  istehsal 
olunur. 
Kartofun müalicəvi xüsusiyyətləri xalqlara çoxdan mə-
lum  idi.  Kartofu  çiy  halda  yastı  formada  doğrayıb  yanıq, 
ekzema olan yerlərə qoyub onları sağaldırmışlar. Kartof bit-
kisi Avropa ölkələrində əkildikdən sonra qısa bir vaxt ərzin-
də sinqa xəstəliyi tamamilə aradan qalxmışdır. Kartof buxarı 
ilə  astmatik  xəstəlikləri  müalicə  edirdilər.  Tərkibində  çoxlu 
K vitamini olduğuna görə sidik qovucu xüsusiyyətinə malik-
dir. Kartof ürək xəstəliyində də istifadə edilir. Çiy kök-yum-
rusundan alman şirəsindən mədə və onikibarmaq bağırsaqda 
olan yaraların müalicəsində geniş tətbiq olunur. Çiçəklərinin 
tərkibində  rutin  maddəsi  ondan  tibbdə  qan  kapillyarlarının 
möhkəmləndirilməsində istifadə edilməsinə şərait yaradır. 
Bir sıra tibb mütəxəssisləri kartofun şirəsindən, bişiril-
məsindən  vərəm,  ürək-damar,  hipertoniya  xəstəliklərində, 
mədənin  pan-kreatit  vəzisinin  normal  işləməsində,  eləcə  də 
sidikqovucu  vasitə  kimi  istifadə  etməyi  məsləhət  görürlər, 
Kartofda  olan  nişastanı  un  şəklinə  salıb  dərman  həblərinin 
hazırlanmasında istifadə edirlər. 
Tibb  praktikasında  təzə  kartofun  şirəsindən  istifadə 
edilir, belə ki, o, mədə şirəsinin turşuluğu yüksək olan qast-
ritlərdə, qəbizlikdə və mədənin xora xəstəliyinə müsbət təsir 
edir.  Həmçinin  kartofun  şirəsi  hipertoniyada  qan  təzyiqini 
aşağı  salır.  Qədimdən  çiy  kartofu  xalq  təbabətində  də 
işlədirdilər.  Çiy  kartofu  sürtgəcdən  keçirib  bədənin  yanmış 
yerinə,  ekzemada  və  başqa  dəri  xəstəliklərində  də  dərinin 
xəstə  nahiyəsinə  qoyub  sağaldırdılar.  Bizim  hər  birimiz 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin