Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə274/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   270   271   272   273   274   275   276   277   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
210 
yuxarı  tənəffüs  yollarının  xəstəliklərində  kartof  buxarının 
müalicə  təsirini  dəfələrlə  şahidi  olmuşuq.  Üzün  dərisi 
gündən quruduqda, yaxud yandıqda dərini yumşaltmaq üçün 
üzə  kartofdan  maska  qoyurlar.  Bunun  üçün  kartofu  qabıqlı 
bişirir,  sonra  qabığını  soyur,  əzir,  qaymaqla  qarışdırıb, 
alınmış  sıyığı  ilıq  ikən  üzə  sürtürlər.  Dərini  qidalandırmaq, 
həm  də  müalicə  məqsədi  ilə  ancaq  sağlam,  xarab  olmamış 
kartofdan  istifadə  etmək  olar.  Çox  cücərmiş  və  yaşıllaşmış 
kartofu işlətmək məsləhət deyil. 
Kartofdan hazırlanan şirə ilə bir sıra xəstəliklərin – so-
yuqdəymələrin,  yaraların  müalicəsində,  spazmanın  aradan 
qaldırılmasında,  həmçinin  arterial  təzyiqin  aşağı  salınma-
sında  istifadə  edilir.  Kartofun  tərkibində  asan  həzm  olan 
şəkər  maddəsi  kartof  bişirilən  zaman  nişastaya  çevrilərək 
ehtiyat  halında  orqanizmdə  toplanır.  O  şəxslər  ki,  zöhrəvi 
xəstəliklərə tutulub və eləcə də cinsi ehtiraslara kəskin meyl-
lidirlər,  onlara  öz  qidalanmasında  kartofdan  istifadə  etmək 
məsləhət  görülmür.  Kartof  şirəsi  dəridə  baş  verən  ləkələrin 
müalicəsində  də  geniş  istifadə  edilir.  Bu  da  şirənin  tərki-
bində çoxlu  miqdar K, S, P  və Cl elementlərinin olması ilə 
izah  edilir.  Buradan  aydın  olur  ki,  kartof  yalnız  «ikinci  çö-
rək»  olmayıb,  həm  də  qiymətli  dərman  və  texniki  bitki  sa-
yılır. Kartofdan hazırlanan sıyıqlardan, maska və nişasta tər-
kibli vitaminli mazlardan kosmetikada geniş istifadə edilir. 
Hazırda dünyada kartofun  yüzlərcə məhsuldar  və xəs-
təliyə  davamlı  sortları  əldə  olunmuşdur.  Respublikamızın 
əhalisinin kartofa olan tələbatını nəzərə alıb, onun geniş əkin 
sahələrini  genişləndirmək  lazımdır.  Kartofu  Azərbaycanın 
bütün iqlim zonalarında əkib becərmək olar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin