Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə292/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   288   289   290   291   292   293   294   295   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
225 
ticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının 
iltihabında  yumşaldıcı  və  bəlğəmgətirici  öskürək  dərmanı 
kimi,  eləcə  də  xroniki  mədə-bağırsaq  xəstəliklərində  həzm 
prosesini  yaxşılaşdıran  və  köpmənin  qarşısını  alan  vasitə 
kimi  istifadə  olunur.  Bundan  əlavə,  razyana  meyvəsini 
dəmləmə və bişirmə formasında da öd kisəsi ilti-habında və 
böyrək xəstəliklərində qəbul edirlər. 
Xalq  təbabətində  razyananı  çay  kimi  dəmləyib  uşaq-
larda  baş  verən  qarın  ağrılarında  ağrıkəsən  və  köpmənin 
qarşısını  alan  dərman  kimi  işlədirlər.  Bu  məqsədlə  razyana 
meyvəsini  qurudulmuş  nanə  yarpağı  ilə  bərabəf  hissədə 
dəmləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, mey-
vəsindən  hazırlanan  cövhərdən  «lakric»  preparatının  tərki-
binə  qatqı  kimi  əlavə  edilərək  yelqovucu,  ödqovucu,  sinə-
yumşaldıcı,  sakitləşdirici  və  öskürək  əleyhinə  vasitə  kimi 
istifadə edirlər. Razyananın cavan budaq, yarpaq, gövdə, kök 
və  meyvələrindən  hazırlanan  ədviyyənin  –  efir  yağının 
tərkibi bioloji-aktiv maddələrlə zəngindir. 
Ondan  xiyar,  pomidor,  kələm,  şorba,  ətirli  çay,  qən-
nadı,  ətriyyat,  kosmetika,  əczaçılıq  və  sabunbişirmə  səna-
yesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdiricilərə 
və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir. Ətirli 
ədviyyə  kimi  konservləşdirmədə,  çörək-bulka  sənayesində 
işlədilir.  Razyana  toxum  və  köklərinin  hissələrə  bölünməsi 
ilə  çoxaldılır.  Hazırda  əldə  edilmiş  bir  neçə  sortunu  əkib 
yeyinti, tibb və ədviyyat kimi istifadə edirlər. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin