Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə320/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   316   317   318   319   320   321   322   323   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
247 
preparatlar  baş  ağrılarında,  baş  gicəllənməsində,  antiseptik, 
raxit,  bronxial  astma,  qanazlığında,  qadın  xəstəliklərində, 
şirəsi isə xanazır, ateroskleroz, konçerqon əleyhinə işlədilir, 
sinə və ödqovucu ətirli vannalar hazırlanır. 
Qaraçay-Çərkəz  vilayətində  çəmən  yoncasının  sulu-
spirtli  cövhərindən  vərəm,  qadın  xəstəlikləri,  qrija,  Komi 
vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəs-
təliklərin müalicəsində istifadə edilir. 
Bitki  çiçəkləyən  zaman  başcıqlarını  toplayır,  xəstə 
adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış 
başcıqlarından  sup  xörəklərinin  tərkibinə  daxil  edirlər. 
Cavan  yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğran-
mış  çuğundur,  bişirilmiş  yumurtanın  tərkibinə  əlavə  edərək 
həvəslə  yeyirlər.  Yoncadan  hazırlanmış  salatların  tərkibinə 
sirkə və yaxud xardal şirəsi əlavə edirlər. 
Qırğız  xalqı  bitkinin  cavan  yarpaqlarını  toplayıb,  qo-
yun  quyruğundan  hazırlanmış  xörək  və  kabablara  qatırlar. 
Yerli  adamların  dediyinə  görə,  ağır  əməkdən  sonra  orqa-
nizmi  əvvəlki  vəziyyətinə  qaytarmaq  üçün  çəmən  yoncası 
yarpağı  əlavə  edilmiş  xörəklərdən  istifadə  olunur.  Bundan 
başqa,  onun  yarpaq  və  başcığını  toplayır,  qurudulmuş  və 
yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklə-
rin yanında süfrəyə verirlər.  

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin