Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə321/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   317   318   319   320   321   322   323   324   ...   403
 
Vəzəri 
 
Vəzəri  qida  və  ədviyyat  bitkisi  sayılır.  Süfrəmizdə  ən 
çox istifadə edilən göyərtilərdən biridir. Azərbaycanda vəzə-
riyə üstünlük verilir. Ona acıtərə də deyirlər, yəni acı dadan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
248 
tərəvəz. Tərəvəz kimi yeyilən əsas hissələri yarpaq və körpə 
özəkləridir.  Qədim  dövrlərdən  qida  və  müalicə  məqsədilə 
becərildiyi  məlumdur.  Təsadüfi  deyil  ki,  hələ  orta  əsr 
həkimləri  deyirdilər  ki,  kim  sağlam  olmaq  istəyirsə,  mütləq 
vəzəri  yesin,  yoxsa  ona  həkim  kömək  edə  bilməz.  Bir 
maraqlı  cəhət  də  ondan  ibarətdir  ki,  təbabət  həmişə  bu  bit-
kinin avitaminoz və maddələr mübadiləsindəki roluna xüsusi 
əhəmiyyət  vermişdir.  Vəzəri  vitamin  mənbəyi  hesab  edilir. 
İnsan orqanizmi üçün lazımi olan faydalı maddələr acıtərədə 
daha çoxdur. 
Belə ki, qədim  yunanlar onu soyuqdəymə əleyhinə iş-
lətmiş,  qədim  romalılar  isə  əsəb  sistemini  onun  köməyilə 
müalicə  edirmişlər.  Müasir  dövrdə  də  vəzəri  xalq  təbabə-
tində  çoxşaxəli  müalicə  əhəmiyyətli  bitki  hesab  edirlər.  Qi-
danı müntəzəm olaraq işlətdikdə həzmi yaxşılaşdırır, yuxunu 
normallaşdırar,  arterial  təzyigi  aşağı  salır,  avitaminozun 
profilaktikasında  yaxşı  təsir  göstərir.  Vəzəri  bədəndə  olan 
zərər və zəhərləri kənarlaşdırır.  Keçmişdə sağlamlıq və güc 
rəmzi  kimi  tanınan  bu  bitki  Şərq  təbiblərinin  əsas  müalicə 
vasitələrindən  biri  olmuşdur.  Ondan  yoluxucu  (infeksiya), 
bağırsaq  və  tənəffüs  sistemi  xəstəliklərində  istifadə  etmiş, 
astma,  zökəm,  göyöskürək  hallarında  səhərlər  acqarına 
şirəsindən içməyi məsləhət görmüşlər. Vəzəri şirəsini zeytun 
yağma  qarışdırıb  böyrək  və  sidik  kisəsi  ağrılarında  içmək 
faydalıdır.  Zeytun  yağı  əvəzinə  şirin  badamın  yağından  da 
istifadə etmək olar. Vəzəri və onun digər növ və sortlarından 
məsələn,  su  tərəsi  sidik  və  tərqovucu  təsirə  malikdir. 
Həmçinin, ağızdakı  pis qoxularda, şəkər xəstəliyində  vəzəri 
işlətmək  (çiy  yemək,  şirəsini  içmək)  müsbət  təsir  göstərir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin