Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə329/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   325   326   327   328   329   330   331   332   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
256 
olması onun istənilən xörəyə – sup  və salatlara, balıq və ət, 
fəsəli  içinə,  kəsmik  və  pendir  məhsullarının  tərkibinə  qa-
tılmasına  səbəb  olur  və  onların  tərkibinə  xoş  ətirli  və  iş-
tahgətirici  tam  verir.  Ətirli  yaşıl  şüyüd  isti  buterbroda, 
qoğala, kökəyə, çiy içə, kartof və göbələkdən hazırlanan xö-
rəklərin  tərkibinə  qatılır,  onların  tamını  və  dadını  yaxşılaş-
dırır.  Həvəskarlar  şüyüdü  ədviyyat  kimi  dondurur,  donuz 
piyini  duzlamamışdan  qabaq,  kələm  və  müxtəlif  balıqların 
tərkibinə  qatılır.  Xiyar,  pomidor,  kələm  turşularının  tərkibi 
şüyüdsüz keçməz. Şüyüd nəinki qiymətli tərəvəz və ədviyyat 
bitkisi  olmaqla  yanaşı,  qiymətli  dərman  bitkisi  də  hesab 
edilir. Onun tərkibi makro- və mikro (Ca, Mn, Fe, P, Ci, Mg, 
So  və  s.)  elementlərlə  zəngindir.  Bundan  başqa  şüyüdün 
tərkibi  C,  B,  B
2
,  PP,  P,  karotin  və  s.  kimi  insan  sağlamlığı 
üçün mühüm əhəmiyyət kəsb edən vitaminlərlə də zəngindir. 
Dərman bitkisi kimi onun otu, toxumu, ondan aman efir yağı 
da qiymətli müalicəvi təsirə malikdir. 
Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qa-
raciyər  xəstəliyində,  arterial  təzyiqin  artmasında,  soyuqdəy-
mədə, qarın ağrı larında, böyrək və sidik kisəsində olan daş-
ların  təmizlənməsində  istifadə  edirlər,  şüyüdün  toxumların-
dan  alınan  efir  yağından  iştahaçıcı,  həzm  sisteminin  yaxşı-
laşdırılmasında,  qurdqovucu  və  sidikqovucu,  köpmənin, 
podaqra və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. 
Şüyüd  suyu  südverən  qadınların  südünün  artırılmasında, 
orqanizmin  immunnosisteminin  gücləndirilməsində  mühüm 
rol  oynayır.  Buna  görə  də  infeksiyalı  qrip  xəstəliklərində 
şüyüdün dəmləmə və cövhərlərindən istifadə edirlər. 
Şüyüdün  yaşıl  hissəsi,  stenokardiyada,  piylənmədə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin