Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə325/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   321   322   323   324   325   326   327   328   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
252 
Bundan təzə, qurudulmuş və turşuya qoyulmuş halda istifadə 
edilir.  Şüyüdün  tam  çiçək  açmış  yaşıl  hissəsindən  tərəvəz 
məhsullarının  konservləşdirilməsində,  ətirli  sirkələrin 
hazırlanmasında geniş istifadə edirlər. Qurudulmuş şüyüd ət, 
balıq  və  tərəvəzlərdən  hazırlanan  xörəklərin  tərkibinə  qatqı 
kimi əlavə olunur. 
Yaşıl  şüyüdü  qaynatmaq  olmaz,  çünki  ədviyyə  xüsu-
siyyətini itirir. Xüsusi ətirə malik olduğundan bir çox xörək-
lərin  -  şorba,  tərəvəz,  kartof,  balıq  və  ətdən  hazırlanan 
salatların  tərkibinə  qatqı  kimi  əlavə  olunur.  Ondan  pəhriz 
xörəklərinin hazırlanmasında da geniş istifadə edilir. 
Xalq  təbabətində  şüyüdün  toxumlarından  ödqovucu, 
qıcıqlandırıcı  işlətmə  vasitəsi  kimi  istifadə  edilir.  Otundan 
hazırlanan  cövhərindən  hipertoniya  xəstəliyində  işlədilir. 
Tozundan  və  yaxud  toxumundan  hazırlanan  ekstraktından 
iştahagətirici,  sidikqovucu,  qazqovucu,  yuxugətirici,  cövhə-
rindən  isə  göz  xəstəliklərində,  dəridə  əmələ  gələn  irinli 
yaraların müalicəsində istifadə olunur. 
Seleksiyaçı  alimlərimiz  tərəfindən  şüyüdün  bioloji  və 
təsərrüfat əhəmiyyətinə görə yüksək qiymətləndirilən bir ne-
çə  tez  və  gecyetişən  sortlan  əldə  edilmişdir.  Bundan  başqa, 
onun az kəskin çiçək ətirli yeni formaları da alınmışdır. 
Efir  yağının  əsas  tərkib  hissəsini  karvon  və  limonen 
təşkil edir. Bunun  yaşıl kütləsindən  yeyinti sənayesində ge-
niş istifadə olunur. Onun yağı mikrob məhvedici əhəmiyyətə 
malik  olduğundan  tibbdə  geniş  istifadə  olunur.  Ətriyyat, 
kosmetika  sənayesində,  diş  pastalarının  hazırlanmasında 
komponent  kimi,  cövhərindən  isə  ağız  nahiyələrinin  dezin-
feksiya edilməsində istifadə olunur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin