Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə324/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   320   321   322   323   324   325   326   327   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
251 
Keşniş  cinsinin  əkilən  keşniş  və  dağ  keşnişi  (çöl  keşnişi) 
növləri  ayırd  edilir.  Əkilən  keşnişin  hazırda  10-la  sortu  və 
müxtəlif  formaları  əldə  edilmişdir.  Dağ  keşnişinin  isə  həm 
mədəni, həm də yabanı sortları var. Bu bitkinin də tərkibində 
əkilən  keşniş  kimi  efir  yağı,  C  və  A  vitamini,  şəkərli 
maddələr  və  s.  aşkar  edilmişdir.  Çiy  yeyilir,  xörəklərə, 
xüsusən dovğaya tökülür, salatlara doğranır. 
Keşnişi  çeynədikdə  ağızdan  pis  qoxunu,  şərab  iyini 
aparır.  Çox  yemək  olmaz,  belə  ki,  təngənəfəslik  yaradır  və 
astmaya ziyandır. Qiymətli ədviyyat bitkisidir. 
Dağkeşnişi – Dağ keşnişinin bitki aləmində iki növü – 
dağkeşnişi – şüalı dağ keşnişi  yayılmışdır. Bu növ keşnişlər 
Qafqazda, o cümlədən Azərbaycanda  təsadüf edilir. 
Dağkeşnişinin yaşıl hissəsinin tərkibində 75-80 mq% C 
vitamini,  karotin,  flavonoid,  0,l%  efir  yağı,  yaşıl  xlorofil, 
həmçinin  kversetin,  kempferol  flavonoidləri  tapılmışdır. 
Meyvəsindən  efir  yağı,  3-rutinozid  kversetin,  14,6-49,5% 
piyli yağ aşkar edilmişdir. Dağkeşnişindən ədviyyat və yaşıl 
tərəvəz kimi xörəklərə əlavə edilir. 
Şüalı dağkeşnişindən də ədviyyat kimi xörəklərin tərki-
binə qatılır. 
 
Şüyüd 
 
Dünya  florasının  tərkibində  şüyüdün  3  növünə  rast 
gəlmək  olar.  Qafqazda,  o  cümlədən  Azərbaycanda  mədəni 
halda  bir  növü  –  ətirli  şüyüd  geniş  surətdə  mədəni  halda 
həyətyanı sahələrdə əkilib becərilir. 
Şüyüd  kəskin  ədviyyə  xüsusiyyətli  tama  malikdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin