Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə326/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   322   323   324   325   326   327   328   329   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
253 
Şüyüd  haqqında  elmi  məlumatlara  orta  əsr  ədəbiyyat-
larında da geniş məlumatlara rast gəlmək olar. Bu dövrlərdə 
yaşamış  botaniklərdən  Brunfel  O.  (1530),  Fuks  L.  (1549), 
Mattioli  R.A.  (1554),  Lobel  M.  (1576),  Dodone  R.  (1583) 
şüyüd  bitkisinin  botaniki  təsvirləri,  eyni  zamanda  onun  to-
xum və yarpaqlarının morfoloji quruluşları haqqında maraqlı 
məlumatlar vermişlər. 
Bitkinin  kimyəvi  tərkibi.  Şüyüdün  tərkibindəki  ətirli 
maddələrin zənginliyinə görə onun yarpaq, gövdə və toxum-
larından  xalq  təsərrüfatının  müxtəlif  sahələrində  geniş 
istifadə edilir. Gövdəsinin formalaşma fazasında ondan yaşıl 
tərəvəz kimi geniş istifadə olunur. Şüyüd müxtəlif xörəklərin 
tamını,  dadını  yaxşılaşdırmaqla  yanaşı,  onları  insan  sağ-
lamlığında mühüm rol oynayan C, B, B
2
, P, PP, foli turşusu, 
karotin,  vitaminlərlə  zənginləşdirir.  Bu  fazada  yarpaq  və 
gövdənin tərkibi çoxlu C və A (karotin) vitaminləri ilə daha 
zəngin  olur.  Yaz  əkini  zamanı  alınan  şüyüdün  yarpaq  və 
gövdələrinin tərkibində 51-128 mq%-ə qədər C, 3,6-8 mq%-
ə  qədər  karotin  maddələri  aşkar  edilmişdir.  Bitkinin  qönçə 
və  çiçək  açma  fazasında  C  və  karotin  vitaminləri  daha  çox 
toplanır.  Bir  gündə  40-45  q  şüyüd  qəbul  edən  hər  bir  insan 
özünü C vitamininə olan gündəlik tələbatmı ödəyə bilir. 
Bitkinin  yarpaq  və  gövdəsinin  tərkibindəki  7,74-
14,04%  quru  maddə,  0,4-1,6%  şəkər,  1,4-4,0  azotlu  maddə 
aşkar  edilmişdir.  Şüyüdün  yarpaqlarının  tərkibindən  2,5% 
xlorigen  üzvü  turşusu  müəyyən  edilmişdir.  İ.Bekker-Dilli-
genə  görə,  şüyüdün  qurudulmuş  yarpaq,  çiçək  və  saplaq-
larının  tərkibində  83,84%  su  olduğu  halda,  gövdəsində  – 
83,54%, kökündə isə 77,80%  su aşkar edilmişdir. 1 kq təzə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin