Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə334/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   330   331   332   333   334   335   336   337   ...   403
İri  bağayarpağı  –  Xalq  təbabətində  bağayarpağının 
yarpaqlarından  bəlğəmgətirici,  sidikqovucu  vasitə  kimi  və 
sonsuzluğa qarşı istifadə etmişlər. 
Qədim  Yunanıstan  və  Roma  təbabətində  bağayarpağı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
260 
toxumlarından  ishal  xəstəliyinə  qarşı  istifadə  olunmuşdur. 
İran  və  Ərəbistanın  xalq  təbabətində  bağayarpağından  X 
əsrdə  istifadə  etməyə  başlamışlar.  Rus  xalq  təbabətində  ba-
ğayarpağı  XVII  əsrdən  tətbiq  olunur.  Rusiyada  bitən  bağa-
yarpağının  toxumlarının  tərkibində  çoxlu  selikli  maddə  və 
şirə  olduğundan  ondan  soyuqdəymə  zamanı  mədədə  baş 
verən  pozğunluqların  aradan  qaldırılmasında,  bağırsaq  xəs-
təlikləri və qəbzolma zamanı istifadə olunur. Yarpaqlarından 
şiddətli bronxitdə, kəsiklər, irinli  yaralar, əziklər,  yanıqların 
sakitləşdirilməsində  və  bir  sıra  xəstəliklərin  müalicəsində 
istifadə  olunur.  Kənd  yerlərində  onun  toxumlarından 
hazırlanmış  toz  uzunsürən  ishalda,  bağırsağın  selikli  qişa 
xəstəliyində və eləcə də dizenteriya əleyhinə işlədilir.  
Bağayarpağı  öskürəyə  qarşı  tibbi  preparatların  tərki-
bində geniş tətbiq olunur. Toxumlarından isə spastik və ato-
nik qəbizlikdə zəif  işlətmə dərmanı, eləcə də xroniki mədə-
bağırsaq xəstəliklərində dəmləmə və bişirmələr hazırlanır. 
Son illərdə müəyyən edilmişdir ki, təzə dərilmiş bağa-
yarpağından  alınan  şirə  mədə-bağırsaq  xəstəliklərinin  mü-
alicəsində  çox  faydalı  dərmandır.  Eyni  zamanda  aşkar 
olunmuşdur  ki,  bağayarpağının  sulfanilamid  və  antibiotik 
maddələrlə  birlikdə  olan  preparatı  dizenteriyaya  gözəl  mü-
alicəvi  təsir  göstərir.  Bağayarpağının  dəri  yaralarını  (çiban, 
kəsik  və  irinli  yaraları)  tez  sağaltmaq  xüsusiyyəti  xalq 
təbabətində  çoxdan  məlumdur.  Bu  məqsədlə  təzə  dərilmiş 
bağayarpağını  yaranın  üstünə  qoyub  sarıyır  və  hər  2-3 
saatdan  bir  təzələyirlər.  Bundan  əlavə,  xalq  təbabətində 
ishala,  qanlı  ishala  (dizenteriyaya)  və  bağırsaq  xoralarına 
qarşı da işlədirlər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin